Elanlar
21.08.2009
DİQQƏT!!!
DİQQƏT!!!
GƏNCLƏRİN
NƏZƏRİNƏ!!!
Gələcəyə Körpü
Gənclər İctimai Birliyi Avropa Komissiyasının və
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin
dəstəyi ilə Gəncə şəhərində “Gənclərin Məşğulluq
Resurs Məkəzi” layihəsi çərcivəsində aşağıdakı sənət
kursları üzrə tələbə qəbulu üçün müsabiqə elan edir.
daha ətraflı
|
Ərizə forması
18.08.2009
“Gələcəyə Körpü” Gənclər
İctimai Birliyi
3-cü Azərbaycan
Beynəlxalq Təhsil və Karyera Sərgisində
iştirak edəcək
“Gələcəyə
Körpü” Gənclər İctimai Birliyi (bundan sonra Birlik)
10-12 sentyabr 2009-cu il tarixində Azərbaycan
Respublikası Təhsil Nazirliyinin və Azərbaycanda İxrac
və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə Heydər
Əliyev adına İdman və Sərgi Kompleksində keçiriləcək
3-cü Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisində
iştirak edəcək. Birliyin sərgidə iştirakını Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyi təmin etmişdir.
Birliyin
sərgidə iştirakının əsas məqsədi təhsil və karyera
sahəsində həyata keçirdiyi layihələrin uğurlu
nəticələrini ictimaiyyətə təqdim etmək və hazırda bu
sahədə həyata keçirilən layihələr haqqında hər kəsə
məlumat ötürməklə onlarıda bu fəaliyyətdən yararlanmağa
cəlb etməkdi.
“Gələcəyə
Körpü” Gənclər İctimai Birliyi hər kəsi, xüsusəndə
gəncləri bu sərgidə iştirak etməyə dəvət edir.
16.08.2009
Keçən ildən etibarən Azərbaycanda İnformasiya
Texnologiyaları (İT) və Yeni Media sahəsində üç
qeyri-konfrans təşkil edən “BarKamp Azərbaycan” bu il də
öz işini davam etdirir. Təşkilat bu dəfə barkampı
avqustun 14-16-sı Gəncə şəhərində keçirdi.
“BarKamp
Azərbaycan 2009, Gəncə” qeyri-konfransının məqsədi
İnternet və media layihələrinin inkişafına kömək etmək,
Yeni və Ənənəvi Media mütəxəssisləri arasında təcrübə
mübadiləsi yaratmaq, yeni internet layihələrini
tanıtmaq, eləcə də İT və media mütəxəssisləri arasında
müxtəlif mövzularda müzakirələr təşkil etmək, “start-up”
tipli, o cümlədən mövcud İnternet və Yeni Media
layihələrinin inkişafı üçün müxtəlif biznes və
qeyri-biznes qurumları ilə gənclər arasında əlaqənin
qurulmasına kömək etməkdir.
HP şirkəti,
Soros Fondu, Azərbaycan İnternet Forumu (AİF) eləcə də
Nexus, UniBank tərəfindən dəstəklənən qeyri-konfransda
Azərbaycanın müxtəlif bölgələrindən 200 nəfər İT və Yeni
Media mütəxəssislərinin, jurnalistlərin və bu sahələr
ilə yaxından maraqlanan gənclər iştirak etdi.
Sözü gedən
tədbirə “Gələcəyə Körpü” Gənclər ictimai Birliyi də
təşkilatı dəstək oldu. Bundan əlavə bu tədbirdə
təşkilatın İctimaiyyətlə Əlaqələr üzrə meneceri Səbinə
Sadıxova Birliyin təqdimatını etdi. Təqdimat zamanı
“Justiceforkhojaly” kompaniyası haqqında da məlumat
verildi. Həmçinin Birliyin sədri Mikayıl Zeynalov çıxış
edərək hər kəsi bu kompaniyada iştirak etməyə və dəstək
olmağa çağırdı. Təqdimat böyük auditoriya kütləsinin
iştirakı ilə başa çatdı.
03.08.2009
Gəncədə
Gənclərin Məşğulluq Resurs Mərkəzi avqust
ayında nəzərdə tutulan ilk 5 aylıq sənət
kurslarını yekunlaşdırdı.
Ilk
mərhələdə kurslara ümumilikdə 40 olmaqla: 9
nəfər tikiş, 12 kompüter təmiri və 19 nəfər
kosmetologiya kurslarına tələbə qəbul
olunmuşdur. Sonrakı mərhələlərdə isə
kursları 35 nəfər tələbə davam etdirmişdir.
Sonuncu yekun imtahan avqust ayının 3–də
keçirildi. Kursları kosmetologiya üzrə 19
nəfər, tikiş üzrə 9 nəfər, komputer təmiri
üzrə isə 7 nəfər bitirdi. Yekun qiymətlər
hesablandıqdan sonra kursları
müvəffəqiyyətlə bitirən tələbələrə
sertifikat təqdim ediləcək. Sertifikatların
təqdim edilmə mərasimi haqqında məlumat
öncədən ictimaiyyətə göndəriləcək.
daha ətraflı
30.07.200
Iyul ayının
30-da Gələcəyə körpü gənclər ictimai
Birliyində təşkilatın öz üzvləri və
könüllülərilə görüş keçirildi. Görüşdə
birliyə müraciət edən gənclərin içərisindən
İdarə heyyəti tərəfindən təstiqlənən yeni 7
nəfər üzv elan olundu. Həmçinin təşkilatın
fəaliyyətində yaxından iştirak etmək üçün
işçi qrupu yaradıldı. Könüllülər arasında
vəzifə bölgüsü aparıldı. Veoaksiyalar,
Birliyin daxili bülleteni, Elan löhvəsinin
daim yenilənməsi, təklif qutusu, İnternet
forum və şəbəkələrin yaradılması, idman
oyunlarının keçirilməsi və hər ayın ən fəal
gəncinin seçilməsi işləri üzrə məsul şəxslər
müəyyənləşdirildi.
10.07.2009
"Gələcəyə
Korpu"
Gənclər İctimai Birliyinin həyata kecirdiyi
"Gənclərin
Məsgulluq Resurs Mərkəzi"
Biznes qurmaq istəyən gənclərə dəstək olmaq
ucun onlara
"Oz biznesinə
basla" adı
altında texniki dəstək qrantını elan edir
Ərizələrin son doldurulma tarixi 15
iyul
2009
daha ətraflı
|
Ərizə forması
12.03.2009
Gənclərin Məşğulluq Resurs Mərkəzi
"ÖZ
BİZNESİNƏ BAŞLA"
adlı təlim
Ərizələrin son doldurulma tarixi 19 mart
2009
daha ətraflı
|
Ərizə forması
20.05.2008 - Beynəlxalq Iş düşərgələri
Yay mövsümünü
maraqlı və yadda qalan keçirmək istəyirsən? Onda
Beynəlxalq Yay İş Düşərgələrinə qatıl! Proqram
müddətində iştirakçıların qalacaq və yemək xərcləri
təşkilatçılar tərəfindən təmin ediləcəkdir!!!
daha ətraflı