Təşkilati İdarəetmə haqqında Əsasnamə
Təşkilati
İdarəetmə haqqında Əsasnamənin hazırlanmasında xüsusi
rolu olmuş işçi qrupuna, Birliyin İdarə heyətinin
üzvləri Mikayıl Zeynalov və Vüsal Verdiyevə, Birliyin
sədri Müşfiq Cəfərova, üzvləri Rəşid Əliyev və Emin
Hüseynova və həmçinin Counterpart İnternational
təşkilatının həyata keçirdiyi Vətəndaş Cəmiyyəti
Layihəsinin təşkilati inkişaf istiqamətində iş aparan
heyyət üzvləri Anar Aslanova və Sevinc Məmmədovaya "Gələcəyə
Körpü" Gənclər İctimai Birliyinin adından xüsusi
təşəkkürümüzü bildiririk!!!
Bu sənədin
vəzifəsi
Təşkilati
İdarəetmə haqqında Əsasnamə "Gələcəyə Körpü" Gənclər
İctimai Birliyinin idarə edilməsinin əsaslarını,
prinsiplərini və qaydasının müəyyənləşdirir. Bu sənəd
Azərbaycan Respublikasının Konstitusiyasına,
"Qeyri-hökumət Təşkilatları" haqqında Azərbaycan
Respublikasının Qanununa və Azərbaycan Respublikasının
digər hüquqi-normativ aktlarına, eləcədə Birliyin
Nizamnaməsinə uyğun olaraq tərtib edilmişdir.
I. Ümumi
müddəalar
1. Gələcəyə
Körpü Gənclər İctimai Birliyi
1.1 Gələcəyə
Körpü Gənclər İctimai Birliyi (bundan sonra "Birlik")
Nizamnaməsində müəyyən olunmuş məqsədlərlə ümumi
maraqlar əsasında birləşmiş könüllülük, özünüidarəetmə
və üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında
yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə
etməyi nəzərdə tutmayan və əldə edilmiş gəliri öz
üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır.
1.2 Birliyin
fəaliyyət dairəsi Azərbaycan Respublikasının bütün
ərazisini əhatə edir
2. Birliyin
məqsədi və fəaliyyəti
2.1 Birliyin
fəaliyyətinin məqsədi gənclər arasında
humanizmin,inteqrasiyanın, fikir-mübadiləsinin
vətənpərvərliyin təbliğ edilməsindən, gənclərin layiqli
vətəndaş ruhunda böyüməsinə kömək etməkdən ibarətdir
2.2 Birlik
məqsədlərə çatmaq üçün aşağıdakı
vəzifələri(fəaliyyətləri) həyata keçirir:
a) gənclər
arasında humanizm ideyalarının təbliğ etmək
b) gənclərin
asudə vaxtlarının səmərəli təşkil etmək
c) əhalinin
aztəminatlı hissəsinə maddi yardım etmək
ç) gəncləri
ekoloji problemlərin həllinə yönələn tədbirlərə cəlb
etmək
d) əlil,
kimsəsiz gənclərin və digər ehtiyaclı əhali təbəqəsinin
işlə təmin edilməsinə kömək etmək
e) gənclər
arasında vətənpərvərik işinin aparılması
ə) milli,
bəşəri dəyərlərin öyrənilməsi və təbliği
3. Birliyin
İdarə orqanları
3.1 Birlik bu
Əsasnamə, özünün Nizamnaməsi, eləcədə digər qüvvədə olan
hüquqi-normativ aktlar əsasında yaradılmış öz orqanları
tərəfindən idarə olunur
3.2 Birliyin
orqanları Ümumi Yığıncaq, İdarə Heyəti və onun Sədri,
Sədr müavini, Nəzarət-Təftiş Komissiyası, eləcədə bu
Əsasnamə, Birliyin Nizamnaməsi əsasında yaradılmış digər
orqanlardan ibarətdir
3.3 Birliyin
orqanlarının fəaliyyətinə qeyri qanuni müdaxilə,
həmçinin bu Əsasnamə, Birliyin Nizamnaməsi, eləcədə
digər qüvvədə olan Azərbaycan Respublikasının
hüquqi-normativ aktlarla nəzərdə tutulmayan qaydada
fövqəladə orqanların yaradılması qadağandır
4. Birliyin
idarə edilməsinin əsas prinsipləri
4.1 Birliyin
idarəçiliyi qanun qarşısında bərabərlik, individuallıq
və kollektivlik əsaslarının tutuşdurulması, qanunçuluq
və təşəbbüskarlıq, şəffaflıq və cavabdehlik prinsipləri
əsasında həyata keçirilir
4.1.1 Hər kəs
bu Əsasnamə və Birliyin Nizamnaməsi qarşısında
bərabərdir. Heç kəs mənsub olduğu dininə, dilinə,
irqinə, milliyyətinə, cinsinə, əmlak mövqeyinə,
əqidəsinə, siyasi baxışlarına və digər xüsusiyyətlərinə
görə diskriminasiya edilə və ya başqa formada
qeyri-əlverişli şəraitə salına bilməz
4.1.2 Birliyin
idarə olunması individuallıq və kollektivlik əsasları
tutuşdurulmalı və Birliyin effektiv idarəçiliyi təmin
olunmalıdır. Bütün səlahiyyətlərin yalnız bir şəxsə və
ya bir orqana həvalə edilməsinə yol verilmir
4.1.3 Birliyin
idarə olunması qanunçuluq prinsiplərinə əsaslanmalıdır.
Birliyin bütün orqanları və səlahiyyətli şəxsləri öz
fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını
və digər normativ-hüquqi aktları, Birliyin
Nizamnaməsini, bu Əsasnaməni və Birliyin digər qüvvədə
olan daxili qaydalarını rəhbər tutmalıdır
4.1.4 Birliyin
idarəçiliyində təşəbbüskarlıq dəstəklənməlidir.
Birliyin təsisçiləri, üzvləri və köməkçiləri tərəfindən
verilən və Birliyin, eləcədə onun fəaliyyətinin
inkişafına yönələn təşəbbüslər Birliyin orqanları və
vəzifəli şəxsləri tərəfindən müzakirə olunmalıdır
4.1.5 Birliyin
orqanları öz fəaliyyətinin şəffaf aparmalı, gördüyü
işlər barədə daxili qaydalarla müəyyən olunmuş qaydada
hesabat verməlidir
4.2 Hər kəs
Birliyinin orqanlarının və onun vəzifəli şəxslərinin
fəaliyyətini tənqid etmək hüququ vardır. Tənqidə görə
hər hansı formada təqib qadağandır.
II. Ümumi
Yığıncaq
5. Ümumi
Yığıncaq və onun funksiyası
5.1 Birliyin
ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan
üzvlərin Ümumi Yığıncağıdır (Bundan sonra "Yığıncaq").
5.2 Yığıncağın
əsas funksiyası onun marağı naminə yarandığı məqsədlərə
riayət etməkdir
6. Yığıncağın
Çağırılma qaydası
6.1 Birliyin
növbəti Yığıncağı İdarə Heyəti müəyyənləşdirildiyi
vaxtda çağırılır
6.2 Yığıncağın
çağırılması təşəbbüsü aşağıdakı şəxslərə də məxsusdur:
a)
Birliyin təsisçilərindən biri
b)
Birliyin üzvlərinin üçdə bir hissəsi
c)
Birliyin İdarə Heyəti. İdarə Heyəti tərəfindən
Yığıncağın çağırılması təşəbbüsünün irəli sürülməsi onun
qərarları qəbul edilməsinin ümumi
qaydaları
tətbiq edilməklə həyata keçirilir.
ç)
Birliyin Sədri
6.3 Yığıncaq
yalnız Birlik üzvlərinin yarsından çoxu iştirak etdikdə
səlahiyyətli sayılır
6.4 Yığıncağın
çağırılması Birliyin Sədri tərəfindən həyata keçirilir.
6.5 Birliyin
təsisçilərinə, üzvlərinə və maraqları toxunulan digər
şəxslərə Yığıncağın yeri və vaxtı barədə iki həftədən
gec olmayaraq məlumat verilməlidir. Məlumat eyni
zamanda Birliyin ofislərinin informasiya
lövhəciklərində, veb saytında, qəzet və broşurlarında
yerləşdirilməlidir
6.6 Yığıncağın
aparılması qaydasını tədbirin aparılması üçün təyin
olunmuş səlahiyyətli şəxs müəyyənləşdirir. Bu
səlahiyyətli şəxs yığıncaqdan öncə İdarə Heyəti
tərəfindən təyin olunur.
6.7 yığıncağın
keçirilməsi üçün təyin olunmuş səlahiyyətli şəxs bir
həftədən gec olmayaraq Yığıncağın gündəliyinin
hazırlayaraq Birliyin təsisçilərinə, üzvlərinə və
maraqları toxunulan digər şəxslərə göndərməlidir.
Gündəlik 6.5-ci maddədə göstərildiyi kimi çap
olunmalıdır
6.8 Təyin
olunmuş səlahiyyətli şəxs gündəliyi hazırlayarkən
müxtəlif maraqlar arasında tarazlığın qorunmasına və ya
müxtəlif maraqları ifadə etmək üçün bərabər və əlverişli
şərait yaratmasına çalışmalıdır
7. Səs vermə
qaydası
7.1 Birliyin
hər bir üzvü yalnız bir səsə malikdir. İdarə Heyətinin
üzvləri, Birliyin Sədri və digər orqanlarının vəzifəli
şəxsləri adi qaydada səs vermə hüququndan istifadə
edirlər
7.2 Yalnız
Birliyin İdarə Heyətinin və NTK üzvlərinin eləcə də
Sədrin və Sədr müavininin seçilməsi gizlin səs vermə
yolu ilə aparılır
7.3 Bir qayda
olaraq Yığıncağın iclaslarında müzakirə olunan bütün
məsələlər üzrə qərar sadə səs çoxluğu ilə qəbul olunur
7.4
Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi, Birliyin
yenidən təşkili və ləğv edilməsi barədə qərarların
qəbulu üçün iştirakçıların üçdə iki səs çoxluğu tələb
olunur
8.
Səlahiyyətlər
8.1 Yığıncağın
səlahiyyətlərinə aşağıdakılar aiddir:
a)
Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər
edilməsi
b)
Birliyin əmlakının formalaşması və istifadə
prinsiplərinin müəyyən edilməsi
c)
Birliyin icra orqanlarının yaradılması və onların
səlahiyyətlərinin vaxtından əvvəl xitam verilməsi
ç)
illik hesabatın təsdiq edilməsi
e)
Birliyin yenidən təşkili və ləğv edilməsi
ə)
Birliyin icra orqanlarının rəhbərlərinin hesabatının
dinlənməsi
8.2 Yığıncaq
Birlik üçün mühüm əhəmiyyət daşıyan və başqa orqanlar
tərəfindən həll edilə bilməyən, və ya həll edilə bildiyi
təqdirdə şübhə doğuran məsələlər barəsində qərar vermək
səlahiyyətinə malikdir
9. Yığıncağın
qərarları və onların statusu
9.1 Yığıncağın
qərarları Təyin olunmuş səlahiyyətli şəxs və Yığıncağın
protokolunu tərtib edən katib tərəfindən imzalanmalıdır
9.2 Yığıncağın
qərarları elan olunduğu andan qüvvəyə minir və Birliyin
bütün üzvləri üçün məcburidir
9.3 Yığıncağın
qəbul olunmuş qərarları üç iş günündən gec olmayaraq
Birliyin daxili mətbu orqanlarında çap edilir,
lövhəciklərə vurulur və veb səhifısində yerləşdirilir
9.4 Yığıncağın
görüşlərinin protokolu aparılmalıdır. Protokol tərtib
olunduqdan sonra yığıncağın aparılması üçün təyin
edilmiş məsul şəxs və protokolu aparan katib tərəfindən
imzalanmalıdır. Protokollar Birliyin daxili qaydalalrı
ilə müəyyən edilmiş qaydada və formada arxivdə
saxlanılmalıdır.
III. İdarə
Heyəti və ya Birliyin İcra orqanı (Direktorlar şurası)
10. İdarə
Heyətinin məqsəd və vəzifələri
10.1 Birliyin
fəaliyyətinə cari rəhbərliyi icra orqanı olan İdarə
Heyəti həyata keçirir.
10.2 İdarə
Heyəti kollegial orqandır
10.3 İdarə
Heyətinin əsas məqsədi Birliyinin Nizamnaməsinin, daxili
qaydalarının və digər tətbiq edilən normativ aktların
carı icrasına, Birliyinin fəaliyyətinin ictimai
maraqlara xidmət etməsinə nəzarət etmək və şəffaflığın
qarantı olmaqdan ibarətdir
11. İdarə
Heyətinin tərkibi
11.1 İdarə
Heyəti Birliyin Sədri(katibindən), onun müavini və digər
beş nəfərdən ibarətdir.
11.2 İdarə
Heyətinin üzvləri bərabər hüquqa malikdirlər.
12. İdarə
Heyətinə seçkilərin ümumi əsasları və namizədliyə aid
olan tələblər
12.1 İdarə
Heyətinə seçkilər iki ildən bir Ümumi Yığıncaqda sadə
səs çoxluğu ilə seçilir.
12.2 İdarə
Heyətinə namizədlər aşağıdakı tələblərə cavab
verməlidir:
a) Azərbaycan
Respublikasının vətəndaşı olmaq və şəxsiyyət vəsiqəsinə
sahib olmaq
b) Ən azı 2
(iki) il Birliyin üzvü olmaq
c) Ən azı 3
(üç) il gənclər və QHT işində təcrübəyə malik olmaq
ç) Azərbaycan
dilində səlist danışmaq və yazmaq
d) Yüksək
entuziazm, həvəs, yaradıçılıq, savad və bacarığa malik
olmaq
e) Ən azı
Bakalavr təhsil dərəcəsinə malik olmaq
12.3 Yalnız
fiziki şəxslər İdarə Heyətinin üzvü ola bilərlər
13. İdarə
Heyətinə namizədliyin irəli sürülmə qaydası
13.1 İdarə
Heyətinə namizədlik İdarə Heyəti, namizədliklərin
birbaşa özü və ya Birliyin digər üzvləri tərəfindən
irəli sürülə bilər. Namizədin özü və ya Birliyin digər
üzvləri tərəfindən irəli sürüldüyü halda namizədliyin
qəbul olunması üçün şəxs öz xeyrinə 10 nəfərdən az
olmayaraq Birliyin üzvlərinin imzasını toplamalıdır
13.2.1
Yığıncağı Birliyin Sədri İdarə Heyətinin səlahiyyət
müddəti bitməsinə 5 ay qalmış seçkilərin keçirilməsi
barədə Birliyin üzvlərinə xəbər verir və bu Əsasnamənin
6.5-ci maddəsinə uyğun olaraq elan edilməlidir
13.2.2 Sədr
öz sərəncamı ilə işçi qrupu yaradaraq namizədlərin
sənədlərini qəbul edir
13.3 Yalnız bu
Əsasnamədə göstərilən əsaslar olduqda namizədliyin qəbul
edilməsindən imtina edilə bilər
13.4 Ümumi
Yığıncağın görüşünün zamanı və məkanı İdarə Heyəti
tərəfindən ən azı 4 (dörd) ay öncə təyin olunur və bu
barədə Birliyin bütün üzvlərinə bu Əsasnamənin 6 mad.
nəzərdə tutulan qaydada məlumat verilir. Sədr görüşə ən
azı 2 (iki) ay qalmış hər bir üzvə e-mail, poçt və digər
vasitələrlə Yığıncağın yeri və vaxtı barədə bildiriş
göndərir.
13.5 Sədr və
onun sərəncamı ilə yaradılmış işçi qrupu namizədlərin
platformalarını Birliyinin üzvlərinə çatdırılması üçün
işlər görməlidirlər. Platformalar tezis şəklində
Birliyin hər bir üzvünün tanış ola bilməsi üçün Birliyin
ofislərində asılacaqdır, veb səhifəsində
yerləşdiriləcəkdir
13.6 Birlik və
onun qismində Sədr bütün namizədlərə öz platformalarının
təşviqatı üçün bərabər şərait yaratmağa borcludur
13.7 Təşviqat
zamanı uyğun olmayan təşviqat üsullarından istifadə edən
(maliyyə mükafatları, təzyiqlər, hədə qorxu, digər
namizədlərin təhqir olunması və s.) namizədlərin
namizədlikləri ləğv ediləcəkdir
13.8
Yığıncağa 2 (iki) ay qalmış namizədlərin qeydiyyatı
dayandırılacaqdır.
14.
Namizədlərə dair sənədlərin təqdim edilməsi və
namizədliyin qəbulundan imtina
14.1
Namizədlər aşağıdakı sənədləri seçki elan olunduğu
gündən 20 gündən gec olmayaraq Sədr yanında işçi qrupuna
təqdim etməlidirlər:
a) Şəxsiyyət
vəsiqəsinin surəti
b) özü və
seçki dövrünədək gördüyü işlərin qısa təsviri (CV)
c) tələb
olunan təhsil dərəcəsini təsdiq edən sənədin surəti
ç) Namizədin
öz seçki platforması
d) Namizədliyi
qəbul olunması üçün Sədrə ünvanlanmış ərizə.
14.2 Aşağıdakı
hallarda namizədliyin qəbul edilməsindən imtina edilə
bilər:
a) Bu maddənin
birinci hissəsində göstərilən sənədləri təqdim etmədikdə
və ya saxta sənəd təqdim etdikdə
b) Sədr və
onun yanında yaradılan işçi qrupunun fəaliyyətinə
qanunsuz müdaxilə etdikdə, o cümlədən bu Əsasnamənin
11.7 maddəsində göstərilən əməllər törətdikdə
c) bu
Əsasnamədə göstərilən vaxt keçdikdə
15. Səs vermə
qaydası
15.1
Yığıncağın idarə olunması üçün təyin olunmuş
səlahiyyətli şəxs seçki prosesinin gedişatını
müəyyənləşdirir. Bu zaman o üzvlərin seçki hüquqlarının
hər hansı formada məhdudlaşdırılmasına və ya bu
hüquqların tam həyata keçirilməsinin əngəlləyə biləcək
qərar verə bilməz. Yığıncağın idarə olunması üçün təyin
olunmuş səlahiyyətli şəxs cari seçkilərdə öz
namizədliyini irəli sürə bilməz.
15.2 İdarə
Heyətinin üzvləri gizlin, bərabər və fərdi əsaslarla
keçirilən səs vermə nəticəsində seçilir
15.3 Üzvlər
ancaq qeydiyyatdan keçmiş namizədə səs verə bilərlər.
Sesvemə vəzifələr üzrə ardıcıllıqla keçirilir.
15.4 İdarə
Heyyətinə seçkilər zamanı birinci üç ən çox səs toplamış
namizədlər üzv seçilmiş hesab olunur və bu üzvlər yeni
seçilmiş Sədr və Sədr müavini ilə birlikdə daha iki
nəfər üzvü namizədlər arasında İdarə Heyyətinə seçirlər.
15.5 Seçkinin
nəticələri seçki günü açıqlanmalıdır və bu Əsasnamənin
6.5-ci maddəsində göstərilən qaydada elan edilməlidir
16. İdarə
Heyətinin iclasları
16.1 İdarə
Heyətinin səlahiyyətləri yeni seçilmiş İdarə Heyətinin
birinci iclası zamanı başa çatmış hesab olunur
16.2 İdarə
Heyəti ayda bir dəfədən az olmayaraq növbəti görüşlər
keçirəcəkdir. Ehtiyac yarandıqda növbədən kənar görüşlər
keçirilə bilər.
16.3 Növbədən
kənar iclas İdarə Heyətinin hər hansı bir üzvünün və ya
Sədrin təşəbbüsü ilə keçirilir
16.4 İdarə
Heyətinin növbəti görüşlərində sonrakı görüşün tarix və
məkanı razılaşdırılır.
16.5 Sədr
İdarə Heyətinin görüşünün gündəliyini müəyyənləşdirir və
görüşlərə sədrlik edir. O İdarə Heyətinin üzvlərinə
görüşdən iki həftədən az olmayaraq müddətə görüşdə
müzakirə ediləcək məsəllər barədə məlumat göndərir
16.6 İdarə
Heyətinin üzvlərinin yarısından çoxu iştirak etdikdə
səlahiyyətli sayılır
16.7 Ehtiyac
olduqda İdarə Heyətinin görüşlərinə təşkilatın üzvləri
və işçiləri dəvət oluna bilər
17. İdarə
Heyətinin səlahiyyətləri
17.1 İdarə
Heyəti aşağıdakı səlahiyyətlərə malikdir:
a) Birliyin
üzvlüyünə qəbul edir və üzvlükdən azad edir
b) Birliyin
cari idarəçiliyini həyata keçirir
c) Təşkilat
adından təqdim olunan bütün layihələri təsdiq və ya rədd
edir
ç) Birliyin
filiallarını yaradır və təsdiq edir
d) Birliyin
idarəetmə təlimatlarına dəyişiklik və əlavələri,
həmçinin yeni təlimatların yaradılmasını təsdiq edir
e) Birlik
daxilində müxtəlif departamentlərin yaradılmasını təsdiq
edir
ə) Birliyin
strateji planını təsdiq edir
o) Birliyin
növbəti dövr üçün fəaliyyət planını və büdcənı təsdiq
edir
ö) Birliyin
şəbəkələrə, assosiasiyalara və digər qurumlara üzvlüyünü
təsdiq edir
u) Birliyinin
digər daxili qaydaları ilə müəyyən edilən məsələlər üzrə
qərar qəbul edir
17.2 İdarə
Heyəti Birliyin maraqlarına toxunan, həll edilməsi Ümumi
Yığıncaq və ya Birliyin digər orqanlarına aid edilməyən
məsələlər üzrə də qərar verə bilər
18. Qərarların
qəbulu və səs vermə proseduraları
18.1 İdarə
Heyətində qərarlar müzakirə edilərək qəbul olunur. Bir
qayda olaraq qərarlar sadə səs çoxluğu ilə qəbul olunur.
18.2 İdarə
Heyyəti tərəfindən verilən bütün qərarlar
protokollaşdırılır, Sədr və protokolu tərtib edən katib
tərəfindən imzalanır
18.3 İdarə
Heyətinin qərarları Birlik daxilində aidiyyəti şöbələrə
və şəxslərə müvafiq addımların atılması üçün göndərilir
18.4 Qəbul
olunmuş qərarlar üç iş günündən gec olmayaraq Birliyin
daxili mətbu orqanlarında çap edilir, lövhəciklərə
vurulur və veb səhifəsində yerləşdirilir
18.5 İdarə
Heyətinin qərarları Birliyin bütün üzvləri üçün
icbaridir.
19. İdarə
Heyətinin üzvlərinin səlahiyyətlərin alınması əsasları
və qaydası
19.1 İdarə
Heyətinin üzvlərinin səlahiyyətlərinə aşağıdakı hallarda
xitam verilir:
a) Birliyinin
Nizamnaməsini və digər daxili qaydaları kobud şəkildə
pozduqda
b) Məhkəmənin
hökmü ilə cinayət törətməkdə təqsirli bilindikdə və
azadlıqdan məhrum edildikdə
c) Qeyri
qanuni hərəkətlərə yol verdikdə (korrupsiya, AR
qanunlarına zidd olan qərarlar və s.)
ç) İdarə
Heyətinin etik normalarını kobud surətdə pozduqda, əgər
bu pozuntu mənfi nəticələrə gətirib çıxararsa
d) Xəstəlik,
yaşayış yerinin dəyişməsi və s. oxşar səbəblərdən öz
vəzifəsini icra edə bilmədikdə
19.2 İdarə
Heyətinin üzvlərinin səlahiyyətlərinə yalnız Yığıncaq
tərəfindən xitam verilə bilər
19.3.1 Bu
maddənin birinci hissəsində göstərilən hallar baş
verdikdə İdarə Heyətinin Sədri öz sərəncamı ilə Birliyin
7 (yeddi) üzvündən ibarət komissiya yaradır. İdarə
Heyətinin üzvləri komissiyaya daxil edilə bilməzlər
19.3.2
Komissiya 15 (on beş) gün ərzində İdarə Heyətinin
üzvünün səlahiyyətlərinə xitam verilməsinin bu maddənin
17.1-ci göstərilən əsaslar olub-olmadığı araşdırılır.
Belə əsaslar olduğu təqdirdə komissiyanın qərarı ilə
məsələ Yığıncağın müzakirəsinə çıxarılır. Komissiyada
qərarlar sadə səs çoxluğu ilə qəbul olunur
19.4 İdarə
Heyətinin üzvünün səlahiyyətlərinə xitam verilməsi
barədə qərar Yığıncağın iştirakçılarının üçdə iki səs
çoxluğu ilə qəbul olunur
19.5
Səlahiyyətlərinə xitam verilən şəxs İdarə Heyətindən
xaric edilir və boş qalan yerə bu Əsasnamədə göstərilən
qaydada seçkilər keçirilir
19.6. İdarə
Heyətindən xaric edilmiş üzvün (üzvlərin) yerinə təkrar
seçkilər keçirilməyəcəkdir. İH-də boşalmış yerə yeni üzv
(üzvlər) İH-nin üzvlərinin qərarı ilə təyin ediləcəkdir.
IV. Sədr və
Sədrin müavini
20. Sədr və
Sədr müavininin ümumi vəzifələri
20.1 Sədrin
əsas vəzifəsi Birliyin bütün daxili qərar və qaydaların
icrasını təmin və nəzarət etməkdir.
20.2 Sədr
həmçinin Birliyi təmsil edən şəxsdir
20.3 Sədrin
müavini Sədrin köməkçisi funksiyasını icra edərək bu
maddənin 1-ci hissəsində göstərilən vəzifəni yerinə
yetirir. Sədrin müavinin bu maddənin ikinci hissəsində
nəzərdə tutulan vəzifəni yalnız Birliyin Sədri icra edə
bilmədikdə yerinə yetirə bilər
21. Sədr və
Sədr müavini seçkilərinin ümumi əsasları və namizədliyə
aid olan tələblər
21.1 Birliyin
Sədri bu Əsasnamədə göstərilmiş qaydada Yığıncaq
tərəfindən 2 (iki) il müddətinə seçilir
21.2 Sədrliyə
namizəd aşağıdakı tələblərə cavab verməlidir:
a) Yaşı 22
(iyirmi ikidən) aşağı olmamaq
b) Ən azı 3
(üç) il Birliyin üzvü olmaq
c) Ən azı 5
(beş) il gənclər və QHT işində təcrübəyə malik olmaq
ç) Azərbaycan
dilində yüksək ünsiyyət qurmaq bacarığı
d) Yüksək
entuziazm, həvəs, yaradıcılıq, savad və bacarığa malik
olmaq
e) Ən azı
Bakalavr təhsil dərəcəsinə malik olmaq
22. Sədrin və
Sədr müavininin seçilmə qaydası
22.1
Yığıncağın aparılması üçün təyin olunmuş səlahiyyətli
şəxs seçki prosesinin gedişatını müəyyənləşdirir. Bu
zaman o üzvlərin seçki hüquqlarının hər hansı formada
məhdudlaşdırılmasına və ya bu hüquqların tam həyata
keçirilməsinin əngəlləyə biləcək qərar verə bilməz
22.2. Sədr və
Sədr Müavini gizlin, bərabər və fərdi əsaslarla
keçirilən səs vermə nəticəsində seçilir
22.3. Üzvlər
ancaq qeydiyyatdan keçmiş namizədə səs verə bilərlər.
Sesvemə vəzifələr üzrə ardıcıllıqla keçirilir.
22.4 Seçkinin
nəticələri seçki günü açıqlanmalıdır və bu Əsasnamənin
6.5-ci maddəsində göstərilən qaydada elan edilməlidir
23. Sədr və
Sədr müavini vəzifələrinə namizədlərə dair sənədlərin
təqdim edilməsi və namizədliyin qəbulundan imtina
23.1
Namizədlər aşağıdakı sənədləri bu Əsasnamənin 20.3-cü
maddəsində göstərilən vaxtdan gec olmayaraq müvəqqəti
sədrlik edənə təqdim etməlidirlər:
a) Şəxsiyyət
vəsiqəsinin surəti
b) özü və
seçki dövrünədək gördüyü işlərin qısa təsviri (CV)
c) tələb
olunan təhsil dərəcəsini təsdiq edən sənədin surətini
ç) Namizədin
öz seçki platforması
d) Namizədliyi
qəbul olunması üçün müvəqqəti sədrlik edənə ünvanlanmış
ərizə. Ərizənin forması İdarə Heyəti tərəfindən təsdiq
edilir
23.2 Aşağıdakı
hallarda namizədliyi qəbul edilməsindən imtina edilə
bilər:
a) Bu maddənin
birinci hissəsində göstərilən sənədləri təqdim etmədikdə
və ya saxta sənəd təqdim etdikdə
b) Müvəqqəti
sədrlik edənin və İdarə Heyətinin fəaliyyətinə qanunsuz
müdaxilə etdikdə, o cümlədən bu Əsasnamənin 11.7
maddəsində göstərilən əməllər törətdikdə
c) bu
Əsasnamədə göstərilən vaxt keçdikdə
24. Sədrin
səlahiyyətləri
24.1 Birliyin
Sədri aşağıdakı səlahiyyətlərə malikdir:
a) Birliyin
daxili qaydalarının icrasına nəzarət etmək
b) Birliyi
müxtəlif qurumlarda və tədbirlərdə təmsil etmək
c) Birliyə
işçilərin götürülməsi və işdən azad edilməsi
ç) Təsdiq
olunmuş büdcə layihəsi çərçivəsində vəsaitlərin səmərəli
idarəçiliyini təmin etmək
d) Təşkilatın
maliyyə davamlılığını təmin etmək məqsədi ilə müxtəlif
mənbələr araşdırmaq və konkret təkliflərlə İdarə
Heyətində çıxış etmək
e) Birliyin
səmərəli fəaliyyətini təmin etmək üçün əlverişli iş
mühitinin qurulmasını təmin etmək
ə) Birliyin
əmlakının təhlükəsizliyini təmin etmək
o) Birliyin
adından müqavilələr bağlayır, etibarnamələr verir
ö) Yığıncağın
və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir
u) Birliyin
daxili departamentlərini yaradır və təsdiqlənməsi üçün
İdarə Heyətinə təqdim edir
ü) Yığıncaq
tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər
funksiyaları həyata keçirir
25. Sədr
müavinin səlahiyyətləri
25.1 Sədrin
müavinin bu Əsasnamənin 23.1-ci maddəsində, həmin
maddənin (b), (o) və (u) bəndləri istisna olmaqla,
nəzərdə tutulan bütün səlahiyyətləri həyata keçirir. Bu
zaman o Sədrin köməkçisi kimi Sədrə tabedir
25.2 Sədr bu
Əsasnamənin 23.1-ci maddəsinin (b), (o) və (u)
bəndlərində göstərilən səlahiyyətləri icra edə bilməzsə
və onların icrasında ehtiyac yaranarsa, bu zaman Sədrin
müavinin həmin səlahiyyətləri icra etmək
səlahiyyətlərinə malikdir
25.3. Birliyin
Sədri öz səlahiyyətlərini müvəqqəti icra edə bilmədikdə
O, Sədrin səlahiyyətlərinin müvəqqəti icrasını
imzalanmış daxili memorandum vasitəsi ilə Sədr müavininə
ötürəcəkdir.
26. Sədrin və
Sədr müavininin səlahiyyətlərin alınması əsasları və
qaydası
26.1 Sədrin
səlahiyyətləri aşağıdakı hallarda alına bilər:
a)
Səlahiyyətlərinin icrasının davamlı olaraq öhdəsindən
gəlmədikdə
b) Öz
səlahiyyətləri xaricində olan qərarlar verdikdə
c) Qeyri etik
davranışlara yol verildikdə (seksual təzyiq,
narkotiklərə və alkoqolizmə qurşanma və s.)
ç) Qeyri
qanuni hərəkətlərə yol verdikdə (korrupsiya, AR
qanunlarına zidd olan qərarlar və s.)
c) İdarə
Həyəti tərəfindən tələb olunan hesabatları
cavablandırmadıqda
d) Xəstəlik,
yaşayış yerinin dəyişməsi və s. oxşar səbəblərdən öz
vəzifəsini icra edə bilmədikdə
26.2 Bu
maddənin birinci hissəsində göstərilən əsaslardan hər
hansı biri olduqda İdarə Heyətinin üzvlərindən birinin
və ya bir neçəsinin təşəbbüsü ilə məsələnin müzakirə
olunması üçün İdarə Heyətinin görüşü təyin olunur.
26.3. İH
iclasın gününü və saatını müəyyənləşdirəcəkdir.
26.4 İclas
zamanı bu maddənin birinci hissəsində nəzərdə tutulan
halların olub-olmamağı araşdırılır və bu barədə qərar
qəbul edilir. Sədrin səlahiyyətləri alınması barədə
qərar İdarə Heyətinin üzvlərinin üçdə iki səs çoxluğu
ilə qəbul edilir. Səlahiyyətləri müzakirə mövzusu olan
şəxs səs vermədə iştirak etmir.
26.5 İH-ti
Sədr və/və ya Sədr Müavininin səlahiyyətlərinin
dondurulmasını qərara alarsa həmin şəxslər növbədən
kənar seçkilər keçirilənədək səlahiyyətlərinin
icrasından kənarlaşdırılacaqdılar.
26.6 Sədrin və
ya Sədr Müavinin səlahiyyətlərini müvəqqəti olaraq Sədr
və ya Sədrin müavini icra edir. Bu mümkün olmadıqda
İdarə Heyəti Sədrin səlahiyyətlərinin müvəqqəti icrasını
sadə səs çoxluğu ilə qəbul edilən qərarla İdarə
Heyətinin üzvlərindən birinə tapşırır
27. Sədrin
qərarları, onların hüquqi formaları
27.1 Sədrin
qərarları imzalandığı gündən qüvvəyə minir və aidiyyəti
olan şəxslər üçün icra edilməsi məcburidir
27.2 Qərarlar
üç gündən gec olmayaraq bu Əsasnamənin 6.5-ci maddəsində
göstərilən qayda da elan edilməlidir
V. Nəzarət
Təftiş Komissiyası
28. Nəzarət
Təftiş Komissiyyasına(NTK) dair Azərbaycan
Respublikasının qanunu
NTK Birliyin
seçkili orqanlarının, vəzifəli şəxslərin və üzvlərinin
fəaliyyətinin Birliyin Nizamnaməsinə uyğun olması,
Birliyin maliyyə fəaliyyəti üzərində nəzarət həyata
keçirir. NTK-nın say tərkibini Birliyin ümumi yığıncağı
müəyyən edir.
28.1. NTK
Birliyin orqanlarından və üzvlərindən daxil olan
ərizələrə bir ay ərzində baxıb cavab verməlidir.
28.2. NTK-nın
fəaliyyəti Birliyin NTK haqqında Nizamnaməsi ilə
tənzimlənir.
29 NTK-na dair
ümumi müddəalar.
29.1. NTK
Birliyin daxili nəzarət orqanıdır.
29.2. NTK
Birliyin üzvlərinin Ümumi Yığıncağı (Ali idarə etmə
orqanı) tərəfindən bir il müddətinə Birliyin üzvlərinin
sayının çox olmadığından Birlikdə NTK- nın vəzifələrini
üç şəxs yerinə yetirəcəkdir.
29.3. NTK öz
fəaliyyətini QHT-lər haqqında Azərbaycan Respublikasının
Qanununa, Birliyin Nizamnaməsinə və onun üzvlərinin
Ümumi Yığıncağının qərarlarına uyğun həyata keçirilir.
29.4. Birliyin
İdarə Heyyəti NTK qarşısında xüsusi tapşırıqlar qoya
bilər.
30 NTK-nın
üzvlüyü üçün tələb olunan seçim meyarları.
30.1. NTK-nın
tərkibinə İdarə heyyətinin (Direktorlar Şurasının və ya
icra orqanının) Sədri və üzvləri, eləcə də onların həyat
yoldaşları,valideyinləri,uşaqları,nəvələri,qardaşları,bacıları(onların
həyat yoldaşları) seçilə bilməzlər.
30.2. Birliyin
NTK-na üzvülüyünə üzvülüyə fəaliyyət qabiliyyəti
məhdudlaşdırılmayan və zəruri peşə biliklərinə və
praktiki iş təcrübəsinə malik olan Birliyin üzvü olan
şəxslər seçilə bilərlər.
30.3. NTK-nın
üzvlərinin seçilməsi haqqında Birliyin üzvlərinin Ümumi
Yığıncağının qərarı hər bir namizəd üzrə ayrı-ayrılıqda
qəbul edilir.Qərar namizədin lehinə Birliyin üzvlərinin
sadə səs çoxluğu ilə (namizədlərdən ən çox səs toplayan)
qəbul edilmiş sayılır.
30.5.
Birliyin daxili strukturu,siyasət və prosedurları ilə
yaxından tanış olmalı.
31 NTK-nın
üzvlərinin üzvülüyünə xitam verilməsi
31.1.
Aşağıdakı hallarda NTK-nın üzvlərinin səlahiyyətlərinə
xitam verilə bilər :
- Üzvlərin
seçim müddətinin başa çatması;
-
Səlahiyyətlərinin icrasının öhdəsindən gəlmədikdə;
- Öz
səlahiyyətləri xaricində olan işlərə müdaxilə etdikdə;
- Qeyri qanuni
hərəkətlərə yol verdikdə (korrupsiya, AR qanunlarına
zidd olan qərarlar və s.);
- İdarə
Heyyəti tərəfindən tələb olunan hesabatları vaxtında
cavablandırmadıqda;
31.2. NTK-nın
üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam
verilməsi Birliyin İdarə Heyyətinin Yığıncağının
qərarına əsasən həyata keçirilir.
31.3. Birliyin
İdarə Heyyətinin üzvlərinin sadə səs çoxluğu ilə NTK –ya
vaxtından əvvəl yenidən seçkilər keçirilə bilər.
32. NTK-nın
üzvlərinin hesabatı
32.1. NTK
üzvləri apardıqları təftişlərin hesabatlarını Birliyin
İdarə Heyyətinə zamanında verməlidirlər.
32.2. NTK
tərəfindən aparılan araşdırmaların nəticələrinə dair
hazırlanmış hesabatlar Birliyin bütün üzvləri üçün açıq
hesab edilir və istənilən vaxt həqiqi üzvlər tərəfindən
nəzərdən keçirilə bilər. Bunun üçün Birliyin üzvü Ofis
Menecerinə yaxınlaşmaqla araşdırmaların nəticələri ilə
tanış olmaq üçün müraciət edə bilər.
32.3. NTK
üzvləri Ümumi Yığıncağı Mandatları müddətində aparılan
yoxlamaların əsas icmalı ilə tanış etməlidirlər.
33. NTK-nın
səlahiyyətləri
33.1. Birliyin
NTK-nın səlahiyyətlərinə aşağıdakılar daxildir:
- Birliyin
İdarə Heyyətinin və onun Sədri tərəfindən Birliyin Ümumi
Yığıncağının qərarlarının yerinə yetirilməsinə müntəzəm
şəkildə nəzarət etmək;
- Birliyin
İdarə Heyyəti və Sədri tərəfindən bağlanmış
mülki-hüquqi əqdlərin qanuniliyinin, eləcə də Birliyin
orqanları tərəfindən bu Nizamnamənin və təşkilatın
fəaliyyətini tənzimləyən hüquqi-normativ aktların
tələblərinə riayət olunmasının qanuniliyinin və
əmlakının vəziyyətinə nəzarət edir.
- Birliyin
ildə bir dəfədən az olmayaraq maliyyə-təsərrüfat
fəaliyyətinin təftişini aparır.
- Birliyin
İdarə orqanının fəaliyyətində aşkarlanan qanun
pozuntuları haqqında Birliyin İdarə heyyətinə dərhal
məruzə etməlidir.
34. NTK-nın
fəaliyyət qaydaları
34.1. NTK öz
fəaliyyətini iclaslar,planlı və plandankənar
təftişlər,eləcə də NTK tərəfindən müəyyən olunmuş digər
formalarda həyata keçirir
34.2. NTK-nın
iclaslarında bu orqanın üzvlərinin 2/3 iştirak etdikdə,
həmin iclaslar yetərsay sayılır.
34.3. İclaslar
NTK-nın müəyyən etdiyi cədvələ uyğun olaraq Gələcəyə
Körpü Gənclər İctimai Birliyinin ofisində həyata
keçirilir.
34.4. NTK-nın
iclaslarında məsələlərin müzakirəyə çıxarılması,Birliyin
Ümumi Yığıncağı və İdarə heyyətinin təklifi ilə həyata
keçirilir.
34.5. NTK-nın
iclaslarının təşkilini NTK-nın üzvləri öz aralarında
təmin edir.
34.6. NTK-nın
iclaslarında qərarlar açıq səs vermə yolu ilə qəbul
edilir.
34.7. NTK-nın
hər bir iclaslarında protokollar aparılır.
34.8. NTK-nın
protokollarında aşağıdakı məlumatlar əks olunmalıdır :
- NTK-nın
iclaslarının keçirilmə yeri və vaxtı haqqında
- NTK-nın
üzvlərinin ümumi sayı və iclaslarda iştirak edən
üzvlərin sayı haqqında
- NTK-nın
iclaslarında çıxış edən şəxslər və onların çıxışlarının
əsas müddəaları haqqında
- NTK-nın
İdarə heyyəti üçün hazırladıqları təklif paketlərinə
dair səsvermənin nəticələri haqqında
34.9. NTK-nın
iclaslarının protokollarının bütün nüsxələri NTK-nın
üzvləri tərəfindən imzalanır və Birliyin möhürü ilə
təsdiqlənir.
35. NTK
üzvlərinin seçim qaydası
35.1. NTK
üzvlüyünə gizlin, bərabər və fərdi əsaslarla keçirilən
səs vermə nəticəsində seçilir
35.2. Üzvlər
ancaq qeydiyyatdan keçmiş namizədə səs verə bilərlər.
Sesvemə vəzifələr üzrə ardıcıllıqla keçirilir.
35.3. NTK
üzvlüyünə seçkilər zamanı birinic üç ən çox səs toplamış
namizədlər üzv seçilmiş hesab olunur.
35.4. Seçkinin
nəticələri seçki günü açıqlanmalıdır və bu Əsasnamənin
6.5-ci maddəsində göstərilən qaydada elan edilməlidir