Keçmiş layihələr

2000 - 2008 -cı illər ərzində "Gələcəyə Körpü" GİB tərəfindən icra olunmuş layihələr:

Beynəlxalq səviyyəli layihələr:

 

Beynəlxalq gənclər görüşü: "Gənclər işi vasitəsi ilə müxtəlif mədəniyyətləri özündə əks etdirən cəmiyyətin inteqrasiyasına nail olmaq" adlı beynəlxalq layihəsi özündə müxtəlif Avropa ölkələrini təmsil edən gənclərin mübadilə görüşünü eləcə də bölgələrdə yaşayan yerli gənclərlə görüşü özündə əks etdirirdi.  

Layihənin məqsədi: Layihənin əsas məqsədi iştirakçılar arasında əlverişli mühit yaradaraq onların inteqrasiya prosesini araşdırmaq, eləcə də  iştirakçı ölkələrdə yaşayan etnik qruplar barəsində öyrənərək onların müsbət inteqrasiyanı təmin etmək üçün müvafiq üsullardan istifadəni müəyyən etməkdən ibarətdir.

Layihə Avropa Şurasının Avropa Gənclər Fondu tərəfindən maliyyələşdirilirdi.

Məkan: Qax, Şəki

Müddət: 1 Aprel – 1 İyun 2008 (beynəlxalq görüş: 15-21 May 2008).

 

Beynəlxalq Gənclər Qurultayı: "Mən və Sən Avropada" " Hər kəs fərqli hər kə bərabər" Avropa Kampaniyası çərçivəsində "Gənclərin Mübadilə və Anlaşma" (ing. Dilində YEU) Beynəlxalq Gənclər Şəbəkəsi ilə əməkdaşlıq çərçivısində həyata keçirilib.

Layihənin məqsədi: Qurultayın keçirilməsində əsas məqsəd iştirakçılar üçün əlverişli şərait yaratmaqla yerli gənclər təşkilatlarının vacibliyini əsas tutaraq gənclərin ictimai həyatda fəallaşmasını araşdırmaq, eləcə də sıx əməkdaşlıq və qarşılıqlı anlayış prinsiplərinin inkişafına Aralıq dənizi boyunca olan Şərqi Avropa, Cənubi-Şərqi Avropa və Qavqazda nail olmaqdır.

Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və AVropa Şurasının Avropa Gənclər Fondu tərəfindən maliyyələşdirilmişdir. 

Məkan: Gəncə, Qəbələ və Bakı

Müddət: 1 İyul – 1 Sentyabr 2007 (qurultay: 31 İyul -21 Avqust 2007).

 

Beynəlxalq Gənclər Görüşü: "Təcriddən Birliyə Doğru" " Hər kəs fərqli hər kə bərabər" Avropa Kampaniyası çərçivəsində həyata keçirilib.

Layihənin məqsədi:  Layihəni həyata keçirtməkdə əsas məqsəd sosial cəhətdən cəmiyyətdən təcrid olunmuş gəncləri sosial həyata fəal iştiraka cəlb etmək, "Hər kəs fərqli-Hər kəs bərabər" başlıqlı şüarı ilə Avropa Kampaniyasına dair məlumat vermək və Kampaniya çərçivəsində qazanılmış təcrübələri birlikdə müzakirə etməkdən ibarətdir.

Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və AVropa Şurasının Avropa Gənclər Fondu tərəfindən maliyyələşdirilmişdir. 

Məkan: Bakı, Gəncə, Şəki, Lənkəran və Şəmkir

Müddət: 1 Aprel – 1 İyun 2007 (qurultay: 12 -19 May 2007).

 

Beynəlxalq Gənclər Görüşü: "Gənclər Siyasətini Formalaşdirmaqla Avropa Gənclər Strategiyasinin Post Sovet Ölkələrində Gücləndirilməsi" 

Layihənin məqsədi: Avropa ölkələrinin iştirakı ilə Post Sovet ölkələrində Gənclər siyasətinin formalaşdırılması və inkişafı çərçivəsində Avropa gənclər strategiyasını gücləndirmək.

Layihə Avropa Şurası - Avropa Gənclər Fondu tərəfindən maliyyələşdirilmişdir.

Layihənin həyata keçirildiyi yer: Gəncə şəhəri, Azərbaycan

Tarix: 26 May 2006-cı il

 

"Qloballaşma və Gənclərin İştirakı" adlı 6(altı) Avropa ölkəsinin (Azərbaycan, Bolqarıstan, Estoniya, Gürcüstan, Kipr və Litva) gənclərinin iştirakı ilə beynəlxalq gənclər görüşü

Layihənin məqsədi:  Azərbaycan gəncləri ilə Avropa gəncləri arasında qloballaşma proesində gənclərin rolu mövzusunda Bakı şəhərində seminar təşkil edərək fikir mübadiləsi aparmaq

Layihə Avropa Şurasının Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşmışdır.

Layihənin həyata keçirildiyi yer: Bakı şəh, Azərbaycan

Tarix: Mart - Aprel 2004-cü il

 

"Gənclər və Seçki"  adlı Litvalı gənc ekspertlərin iştirakı ilə Gəncə şəhərində fəaliyyət göstərən Ali Təhsil ocaqlarının tələbələri üçün təşkil olunmuş beynəlxalq gənclər görüşü

Layihənin məqsədi: Gəncləri seçki hüquqları sahəsində maarifləndirərək, onları 2003-cü ilin Oktyabr ayında keçirilən Prezident seçkilərinə aktiv iştiraka cəlb etmək

Layihə Açıq Cəmiyyət İnstitutunun – Yardım Fondunun Şərq Şərq Proqramının maliyyə dəstəyi reallaşmışdır.

Layihənin həyata keçirildiyi yer: Gəncə, Azərbaycan

Tarix: May, 2003-cü il

 

"İcmanın İnkişafında Gənclərin Rolu"  adlı 5(Beş) Şərqi Avropa ölkəsinin və Azərbaycanın gənclər sahəsində təcrübəsi olan gənclərinin iştirakı ilə beynəlxalq gənclər görüşü

Layihənin məqsədi: Azərbaycanın Qərb bölgəsində yerləşən rayonların (Şəmkir, Tovuz və Qazax) gənclərini Şərqi Avropa ölkələrinin Beynəlxalq təcrübəsi ilə tanış edərək, onları icmada gənclər işinin inkişafında iştiraka cəlb etmək

Layihə Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu - nun Şərq Şərq Proqramının maliyyə dəstəyi ilə reallaşmışdır.

Layihənin həyata keçirildiyi yer: Gəncə şəh, Azərbaycan

Tarix: May-İyul 2002-ci il

 

"Qafqazda icmanın inkişafında gənclərin rolu" adlı Azərbaycanda və Gürcüstanda Münaqişələr nəticəsində məskunlaşmış qaçqın və məcburi köçkün gənclər üçün beynəlxalq gənclər görüşü

Layihənin məqsədi: Hər iki ölkədə qaçqın gənclərin hal hazırki durumunu müzakirə edib, onları maarifləndirmə yolu ilə yaşadıqları icmanın gənclər problemlərinin həllinə cəlb olunmaları (Layihənin ikinci hissəsi olaraq "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi hər iki ölkənin müxtəlif icmalarıdan cəlb olunmuş gəncləri, davamlılı işə cəlb etmək üçün kiçik qnantlar müsabiqəsi keçirmiş və nəticədə qaçqın və köçkünlərin yaşadığı 3 Azərbaycan icmasında və 3 Gürcüstan icmasında, icmanın inkişafında gənclərin rou ilə bağlı olan müxtəlif kiçik layihələr həyata keçirilmişdir.)

Layihə Avropa Şurasının Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşmışdır.

Layihənin həyata keçirildiyi yer: Gəncə şəh, Azərbaycan

Tarix: İyun - Sentyabr 2002-ci il

 

Milli və regional layihələr, aksiyalar, görüşlər və tədbirlər:

 

"Bərabərlik naminə" gənclər idman festivalı. Gəncə şəhərində həyata keçirilmişdir. Festival zamanı Gəncə şəhərində fəaliyyət göstərən Ali və orta ixtisas məktəblərinin tələbələri futbol, basketbol və voleybol oyunları üzrə mübarizə aparmışlar. Festival UNİCEF tərəfindən maliyyələşdirilərək Gənclər və İdman Nazirliyi o cümlədən Nazirliyin Gəncə şəhərindəki nümayəndəsi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Layihənin məqsədi: Festivalın keçirilməsində əsas məqsəd, idman oyunları vasitəsilə ictimai həyatda qızların iştirakını, gənclərin və uşaqların sağlam həyat tərzini təmin etməklə, onların cəmiyyətdə fəallığının təbliğ etməkdən ibarətdir.

Məkan: Gəncə şəhəri

Müddət: 1 Noyabr – 30 Dekabr 2008.

 

"Azərbaycanlılar yaşıl yolları sevirlər" ekoloji velosiped aksiyası Abşeron ərazisini əhatə etmişdir. Aksiya çərçivısində gənclər üçün maarifləndirici görüşlər təşkil edilmiş, ərazidə velo gəzinti keçirilmişdir. Layihə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Dünya Bankı tərəfindən maliyyələşdirilmişdir.

Layihənin məqsədi: Azərbaycan cəmiyyətinin bütün təbəqələrindən, özəlliklə də dövlət, qeyri dövlət strukturlarının nümayəndləri həmçinin tələbələrin fəal iştirakı ilə ölkədə ekoloji maarifləndirmə işini gücləndirərək insanları ətraf mühitə qarşı daha məsuliyyətli yanaşmağa çağırmaqdır.

Məkan: Abşeron ərazisi

Müddət: 1 Avqust  –  30 Sentyabr 2008.

 

"Gəncin səsi – gələcəyin səsidir" velosiped aksiyası Azərbaycanın Qərb bölgəsində xüsusilə Qazaxdan Gəncəyədək ərazini əhatə etmişdir. Aksiya çərçivəsində bölgə gənclərilə maarifləndirici görüşlər keçirilmiş, velosipedçilər tərəfində bukletlər paylanmışdır. Layihə Norveç Səfirliyinin maliyyə dəstəyi və Avrasiya Əməkdaşlıq Fondunun nəzarəti altında həyata keçirilmişdir.

Layihənin məqsədi: əsas məqsədi, Qərb bölgəsində yaşayan gənclərin siyasi bilgilərini artırmaq, onların seçkilərdə fəal iştirakına şərait yaratmaq, bununlada qarşıdan gələn prezident seçkilərində gənclərin iştirak səviyyəsini yüksəltməkdən ibarətdir.

Məkan: Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gəncə

Müddət: 1 Avqust  –  30 Sentyabr 2008.

 

"Bərabərlik naminə müxtəlifliyi qeyd edin!" adlı yay düşərgəsi layihəsi Azərbaycanın  müxtəlif bölgələrində fəaliyyət göstərən Gənclər Fondlarının nümayəndələri üçün təşkil edilmişdir. Layihə Avropa Şurasının Avropa Gənclər Fondu tərəfindən maliyyələşdirilmişdir. 

Layihənin məqsədi: Düşərgənin keçirilməsində əsas məqsəd, Azərbaycan Gənclər Fondu üzvləri arasında əməkdaşlığı genişləndirməklə, proqramın davamlılığına təkan vermək, eləcə də gənc liderlər arasında əlaqələrin gücləndirilməsini təmin etməklə gələcək strategiyanı müəyyən etmək bacarıqlarını artırmaq, dini və mədəni müxtəliflik  kontekstində insan hüquqlarının müzakirəsi və ölkə səviyyəsində gəncləri fərqliliyin və tolerantlılığın təşviqatına cəlb edilməsindən ibarətdir.  

Məkan: Qax şəhəri

Müddət: 12 -16 Sentyabr 2008

 

"Demokratiyaya gedən yol mətbuatdan keçir" adlı layihə Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən jurnalistlər eləcə də digər maraqlı tərəflər üçün təlimlər, Tele debatlar, məlumatlandırıcı sessiyaların təşkilini özündə əks etdirmişdir.

Layihənin məqsədi: Layihənin icrasında əsas məqsəd məhkəmələr tərəfindən Mətbuat nümayəndələrinə qarşı irəli sürülən qərarları araşdırmaq və verilən qərarları İnsan Haqları üzrə Avropa Məhkəməsinin (İHAM) prinsip və standartları ilə uzlaşdırmaq, eləcə də Mətbuat azadlığının nədən ibarət olduğunu tələbə Jurnalistlərin və Vətəndaş Cəmiyyətinin digər əməkdaşlarının diqqətinə çatdırmaqdır.  

Layihə ABŞ Səfirliyinin Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı çərçivəsində maliyyələşdirilmişdir.

Məkan: Gəncə, Mingəçevir, Şəki, Qazax və Bakı

Müddət: 1 Avqust 2007 –  31 Mart 2008.

 

"Velosiped Turu" adlı layihəsi özündə ekoloji maarifləndirmə işini əks etdirirdi

Layihənin məqsədi: Tur məktəblilər arası ekoloji maarifləndirmə işini özündə əks etdirirdi

Məkan: Gəncə

Müddət: 1 Oktyabr –  1 Dekabr 2007.

 

"Hər Kəs Bərabərdirsə - Niyə Hər Kəs Fərqlidir" Qərbdən Şərqə Avtobus turu layihəsi Azərbaycan müxtəlif bölgələrindən keçərək milli səviyyədə yerli gənclərlə mübadilə görüşləri, eləcə də məlumatlandırıcı aksiyaları özündə əks etdirirdi.

Layihənin məqsədi: Layihənin əsas məqsədi cəmiyətdən təcrid olunmuş gəncləri sosial-sferada fəal iştiraka cəlb etmək və Avropa kampaniyasına dair milli və beynəlxalq səviyyədə reallaşdırılmış layihələr zamanı əldə olunmuş təcrübə mübadiləsi etməkdir.

Layihə Avropa Şurasının Avropa Gənclər Fondu tərəfindən maliyyələşdirilmişdir. 

Məkan: Gəncə, Yevlax, Mingəçevir, Şəki və Bakı

Müddət: 1 Mart – 1 May 2007 (avtobus turu: 19 - 24 Aprel 2007).

 

"Mənim Həyatım-Mənim Ətraf Mühitimdir" adlı layihəsi gənclər üçün maarifləndirici təlimlər, sorğuların keçirilməsi və Eldar Şamı ətrafı kəndlərdə ekoloji aksiyaların təşkilindən ibarət idi. Layihə "Ümumdünya Təbiəti Mühafizə" Fondu Qafqaz Proqram ofisi tərəfindən maliyyələşdirilmişdir.  

Layihənin məqsədi: Layihənin əsas məqsədi yerli əhali xüsusi ilə, məktəbli gənclər, eləcə də "Eldar şamı" ətrafı kəndlərdə yaşayan əhali arasında (xüsusilə gənclər) ekoloji biliklərin əsasları haqqında məlumatlandırmaqdan, nəticə etibarı ilə ətraf mühitin davamlı mühafizəsi üçün onları Ekoloji kampaniyalarda sıx iştiraka  cəlb etməkdən ibarətdir.

Məkan: Samux rayonu (Poylu, Kəsəmən və Salahlı kəndləri)

Müddət: 1 fevral – 30 İyun 2007.

 

"Vətəndaş Cəmiyyəti Layihəsi" maarifləndirmə və məlumatlandırma işini özündə əks etdirir, eləcə də vətəndaş cəmiyyətinin gücləndirilməsində rolu olan Azərbaycanın qərb bölgəsində fəaliyyət göstərən maraqlı tərəflərin yerli hökumətlə dialoqunu qurmaqda vasitəçilik edir. Layihə Konterpart Beynəlxalq təşkilatı vasitəsilə ABŞ-ın İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilmişdir.  

Layihənin məqsədi: Proqramın məqsədi Azərbaycan hökuməti ilə vətəndaşlar arasında olan dialoqu inkişaf etdirmək və daha da funksional, təmsilçilik əsasında qurulmuş vətəndaş cəmiyyətinə yardım etməkdir.

Məkan: Qərb bölgəsi

Müddət: 17 iyul 2006 – 30 Sentyabr 2007.

 

"Öyrənərək tətbiq etmək" layihəsi Birliyin işçi heyətinin Qazaxstana mübadilə səfərini özündə əks etdirirdi. Səfər zamanı Qazaxstanda fəaliyyət göstərən bir sıra QHT-lərlə mübadilə görüşləri keçirildi. Layihə Konterpart Beynəlxalq təşkilatı vasitəsilə ABŞ-ın İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilmişdir.  

Layihənin məqsədi: Proqramın əsas məqsədi işçi heyətinin bilik və bacarığının inkişaf etdirilməsi, eləcə də Qazaxstanın QHT-ləri ilə təcrübə mübadiləsi təşkil etməkdən ibarət idi.

Məkan: Alma-ata, Qazaxstan

Müddət: 21 – 28 Sentyabr 2007.

 

"Vətəndaş Cəmiyyəti Layihəsi" (VCL)

Layihənin məqsədi: Azərbaycan hökuməti ilə vətəndaşlar arasında olan dialoqu inkişaf etdirmək və daha da funksional, təmsilçilik əsasında qurulmuş vətəndaş cəmiyyətinə yardım etmək

Layihə ABŞ-ın İnkişaf Agentliyinin maliyyə dəstəyi və Counterpart İnternational Təşkilatının vasitəsi ilə həyata keçirilmişdir

Layihənin həyata keçirildiyi yer: Gəncə şəh, Azərbaycan

Tarix: İyul 2006-ci il - Sentyabr 2007-ci il

 

"Gənclər İşsizliyin Həllinə Doğru Körpülər Salır" layihəsi

Layihənin məqsədi: Gənclər siyasətinin inkişafı istiqamətində gənclər sahəsində fəaliyyət göstərən QHT və ya təşəbbüs qruplarının liderlərini Azərbaycanda mövcud olan işsizlik probleminin həlli yollarının axtarılmasına cəlb etmək

Layihə Avropa Şurasının Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmişdir

Layihənin həyata keçirildiyi yer: Gəncə şəh, Azərbaycan

Tarix: Yanvar - Aprel 2006-ci il

 

"Gənclər və Ətraf Mühit" adlı Samux rayonu ərazisində yerləşən "Eldar Şamı" qoruğu ətrafında olan kəndlərdə reallaşan regional layihə

Layihənin məqsədi: Əhali arasında xüsusi ilə hədəf ərazisində yaşayan gənclərə ekoloji biliklərin çatdırılması

Layihə Ümümdünya Təbiətin Mühafizə Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmişdir

Layihənin həyata keçirildiyi yer: Gəncə şəh, Azərbaycan

Tarix: Yanvar - Mart 2006-ci il

 

"EKO - TUR" Gənclər Düşərgəsi adlı regional layihəsi

Layihənin məqsədi:  Gənclərə ekoturizm haqda müzakirələr aparmaq, onlara Azərbaycanın mədəni-tarixi yerlərini göstərmək və bunlara bərabər gənlərin asudə vaxtının daha səmərəli keçirmək

Layihə Azərbaycan Respublikası, Gənclər, İdman və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir

Layihənin həyata keçirildiyi yer: Gəncə şəh, Azərbaycan

Tarix: İyul - Avqust 2005-ci il

 

Qloballaşmanın Azərbaycanın Gənclərinin işinə təsiri" adlı regional layihəsi

Layihənin məqsədi: Qloballaşmanın Azərbaycana təsiri mövzusunda seminar təşkil edərək fikir mübadiləsi aparmaq

Layihə Azərbaycan Respublikası, Gənclər, İdman və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir

Layihənin həyata keçirildiyi yer: Gəncə şəh, Azərbaycan

Tarix: Aprel - May 2004-cü il

 

Mülkiyyət Hüquqları, Fundamental Vətəndaş Hüquqları və Korrupsiyaya təsir sahəsində məlumatlandırıcı sessiyalar

Məlumatlandırıcı sessiyaların  məqsədi: əhali ilə yuxarıda göstərilmiş mövzular üzrə maarifləndirmə işi aparmaqdan ibarət

Sessiyalar  Amerika Birləşmiş Ştatlarının İnkişaf Agentliyinin maliyyə dəstəyi və Amerika Hüquqşunasları Assosiasiyasının əməkdaşlığı çərçivəsində həyata keçirilmişdir

Sessiyaıların həyata keçirildiyi yer: Gəncə  və Mingəçevir şəh, Azərbaycan

Tarix: Fevral-Aprel 2004-cü il

 

Kompüter texnologiyası sahəsində maariflənmə kursları

Kursların məqsədi: gənclərin maariflənməsi

Kurslar Almaniyanın Texniki Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilmişdir

Kursların  həyata keçirildiyi yer: Gədəbəy raonu, Azərbaycan

Tarix: 2003–cü ilin Dekabr ayından 2004-cü Fevral ayınadək

 

"Gənclərin Seçkidə Rolu" layihəsi

Layihənin məqsədi: Gəncləri seçki hüquqları sahəsində maarifləndirərək, onları 2003-cü ilin Oktyabr ayında keçirilən Prezident seçkilərində aktiv iştiraka cəlb etmək

Layihə Açıq Cəmiyyət İnstitutunun – Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmişdir

Layihənin həyata keçirildiyi yer: Gəncə şəh, Azərbaycan

Tarix: Oktyabr2003-cü il

 

"Hərəyə bir ağac" adlı aksiya

Aksiyanın məqsədi: Gəncə şəhərinin M.Hadi adına 10 saylı orta məktəbdə 150 və Filarmoniya ətrafı bağda 220-ə yaxın müxtəlif ağac və kollar əkmək

Aksiyanın həyata keçirildiyi yer: Gəncə şəh, Azərbaycan

Tarix: 8 Dekabr 2002-ci il

 

"2 Fevral Gənclər günün"ə həsr olunmuş tədbir

Tədbir "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi Gəncə şəhər Gənclər, İdman və Turizm baş idarəsi ilə birlikdə həyata keçirilmişdir

Tədbirin məqsədi: gənclər gününü qeyd etmək

Tədbirin həyata keçirildiyi yer: Gəncə şəh, Azərbaycan

Tarix: 1 Fevral 2002-ci il

 

"Uşaqlar Bizim Gələcəyimizdir" adlı Yeni il şənliyi

Məqsəd: Gəncə şəhər 1№-li kimsəsiz körpələr evindəki körpələrə mənəvi dəstək olmaq

Tədbirin həyata keçirildiyi yer: Gəncə şəh, Azərbaycan

Tarix:  30 Dekabr 2001-ci il

 

"İcmanın İnkişafında Gənclərin rolu" adlı treninq kursları

Kursların məqsədi: Hacıkənddə məskunlaşmış qaçqın gənclərin cəmiyyətə inteqrasiyasına köməklik etmək

Tədbir BMT-nin İnkişaf Proqramı vasitəsilə maliyyələşmişdir.

Tədbirin həyata keçirildiyi yer: Gəncə şəh, Azərbaycan

Tarix:  2001-ci ilin Noyabr ayından 2002-ci ilin Yanvar ayınadək

 

Gəncə şəhərində ilk dəfə 4 sektorun görüşü

Görüş Gəncə şəhərində Fəaliyyət göstərən Yerli Biznes qurumlarının    maliyyə dəstəyi ilə həyata keçirilmişdir

Məqsəd: 4 sektorun qarşılıqlı əlaqəsinin gücləndirilməsində yardımçı olmaq

Tədbirin həyata keçirildiyi yer: Gəncə şəh, Azərbaycan

Tarix: 15 İyun  2001-ci il

 

"Beynəlxalq Uşaqların Müdafiə günü"-nə həsr olunmuş aksiya

Məqsəd: uşaqların cəmiyyətdəki rolunun gənclər tərəfindən dəstəklənməsi

Tədbir Azercell və Koka – Kola şirkətlərinin   maliyyə dəstəyi ilə həyata keçirilmişdir

Tədbirin həyata keçirildiyi yer: Gəncə şəh, Azərbaycan

Tarix:  1 İyun 2001-ci il

 

Hacıkənddə məskunlaşmış qaçqın gənclər üçün Gəncə şəhərində 30 nəfər gəncin kurs təşkili

Məqsəd: qaçqın gənclərin  ingilis dili və kompyuter biliklərinə yiyələnməsi

Tədbirin həyata keçirildiyi yer: Gəncə şəh, Azərbaycan

Tarix:  Aprel – İyul 2001-ci il

 

"AİDS əlleyhinə mübarizə" adı altında informasiya və əyləncəli gecə

Tədbir BMT-nin AİDS proqramı və İxlas təşkilatının  maliyyə dəstəyi ilə həyata keçirilmişdir

Məqsəd: Gənclərin QİÇS-lə bağlı məlumatlandırılması

Tədbirin həyata keçirildiyi yer: Gəncə şəh, Azərbaycan

Tarix:  3 Dekabr 2000-ci il

 

Gülüstan bağında ağac aksiyası

Məqsəd: 100-ə yaxın ağacın əkilməsi

Tədbirin həyata keçirildiyi yer: Gəncə şəh, Azərbaycan

Tarix:  Aprel 2000-ci il

 

Müəllif hüquqları 2000-2008 ©  "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi | Sayt Fərhad Hüseynovun Studiyasında hazırlanmışdır