Mövcud layihələr


"Gənclərin Məşğulluq Resurs Mərkəzi" Gəncə şəhərində yaradılmışdır. Mərkəzin 3 əsas istiqaməti vardır:mərkəzin gənclərə 3-6 aylıq təcrübə proqramları təşkil etməklə bərabər gənclərə iş tapmaqda yardım etmək; gənclərin sahibkarlıq bacarıqlarını inkişaf etdirmək üçün  mütamadi təlim və məsləhətlər vermək; gənclər üçün yuxarıda göstərilmiş peşə-sənət kursları təşkil etmək.      Mərkəz layihəsi Avropa Komissiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilir.

Layihənin məqsədi: Layihənin əsas məqsədi  gəncləri təcrübə və iş tapmaları üçün resurslarla və praktiki iş təcrübəsilə təmin etmək, iş axtaranlarla işə götürənlər arasında şəbəkə yaratmaq, iş axtarma strategiyasını inkişaf etdirmək və onların sahibkarlıq və texniki bacarıqlarının artırılmasından ibarətdir.

Məkan: Gəncə şəhəri

Müddət: 1 Yanvar 2009 – 30 Dekabr 2010.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları 2000-2008 ©  "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi | Sayt Fərhad Hüseynovun Studiyasında hazırlanmışdır