Təşkilatı suallar
Sual:
"Gələcəyə Körpü" Gənclər
İctimai Birliyi nə vaxt və kimlər tərəfindən yaradılıb?
Cavab:
"Gələcəyə Körpü" Gənclər İctimai Birliyi (bundan sonra
Birlik) 2000-ci ilin aprel ayında bir qrup fəal gənc
tərəfindən yaradılıb. Birliyin təsisçiləri Mikayıl
Zeynalov, Vüsal Verdiyev və Müşfiq Cəfərovdur. Birlik,
31 May 2005-ci il tarixində Azərbaycan Respublikası,
Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
Hal-hazırda Birlik İdarə və İşçi Heyyəti, eyni zamanda
30 nəfər üzvdən ibarət olaraq fəaliyyət göstərir.
Birliyin sədri Cəfərov Müşfiq Cəfər oğludur.
Sual: Birliyin missiyası nədən
ibarətdir?
Cavab: Birliyin əsas məqsədi,
Azərbaycanda gənclərin humanizmin, həmrəyliyin və
əməkdaşlığın hökm sürdüyü bir dövrdə sağlam gələcəyə
KÖRPÜ olmaq, gənclərin layiqli vətəndaş ruhunda
böyüməsinə kömək etməkdən ibarətdir.
Sual: Birlik hansı növ layihə
və proqramları həyata keçirmişdir?
Cavab: Layihələrin istiqamətləri:
yerli, milli və beynəlxalq səviyyəli
Mövzular: ekologiya, turizm, icma inkişafı,
sektorlararası inkişaf, seçkilər, gənclərin inkişafı,
sağlamlıq, işsizlik, məcburi köçkün və qaçqın gənclərlə
iş, hüquq, media, qloballaşma və s.
Maliyyələşdirən donorlar: Azərbaycan Respublikası
Turizm və Mədəniyyət Nazirliyi; Amerikanın
Hüquqşünasları Assosiasiyası (ABA – CEELI); Uşaqların
Xilası Təşkilatı(SC); Avropa Şurasının Avropa Gənclər
Fondu(EYF); Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu(ACI -
YF); BMT - nin İnkişaf Proqramı; Almaniyanın GTZ
təşkilatı; Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF CauPo).
Sual: "Gələcəyə Körpü" GİB-nin
ofisi harada yerləşir?
Cavab: Ünvan: M.A.Abbaszadə,
AZ-2000. Gəncə, Azərbaycan
Tel/Fax: + 994 (22) 59 07 15
GSM: + 994 (50/55) 361 88 71 (Sədr - Müşfig Cəfərov )
Elektron ünvanlarımız:
office@bf-az.org,
bf_ganja@yahoo.com
Web site:
www.bf-az.org