Ümumi suallar

Sual:  Birlik hansı xidmətləri təklif edir?

Cavab: 

  • Resurs Mərkəzin imkanlarından istifadə etmək xidməti

  • Müxtəlif təlim kursları və seminarlar, dəyirmi masa və görüşlər, İngilis dilində danışıq klubları, gəzintilər, yay və iş düşərgələri, yerli və beynəlxalq mübadilə və təcrübə proqramları və s.

  • Gənclərin məşğulluğu istiqamətində xidmət.

Sual:  Birliyin nəzdində fəaliyyət göstərən Resurs Mərkəz hansı xidmətləri göstərir?

Cavab:  

  • Kompüter imkanları - Word, Excel, Access və Power point proqramlarından, eyni zamanda İnternetdən istifadə.

  • Konfrans zalından istifadə.

  • Məlumat lövhəsi –daim yeniləşən qrant və müxtəlif tədbirlər haqqında elanlar ilə tanış olmaq imkanı.

Sual:  Resurs Mərkəzin imkanlarından kimlər və necə istifadə edə bilər?

Cavab:  Təqdim olunan imkanlardan Hökumət, QHT, Biznes, Gənclər, GK könüllüləri, Media və Bələdiyyə nümayəndələri istifadə edə bilər.

Kompüter imkanları - Bölgədə fəaliy yət göstərən hər bir müraciət etmiş təşkilata həftədə 2 saat kompyuterdə işləmək imkanı verilir. Bunun üçün həmin təşkilatın sədri Resurs Mərkəz Əlaqələndiricisinin adına ərizə yazmalı və kompyuterdən istifadə edəcək 1 nəfər şəxsin adını ərizədə göstərməlidir.

Konfrans zalı – 12 nəfərlik zaldan, həmçinin proyektor və lövhədən yazılı halda müraciət etməklə istifadə etmək olar.

Sual:  Birliyin nəzdində fəaliyyət göstərən kitabxanada hansı növ kitablar əldə etmək olar?

Cavab: Kitabxana – Demokratik Gənclər, İqtisadiyyat, Bələdiyyə, Konstitusiya, İnsan hüquqları, Qanunvericilik və digər mövzularda kitablar var. Kitablar Azərbaycan, Rus və İngilis dillərindədir.

Kitabxanada oxucular üçün oxu zalı da fəaliyyət göstərir.

Kitabxanadan kitab götürərkən istifadəçi Resurs Mərkəz əlaqələndiricisi tərəfindən qeydiyyatdan keçməli və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidir.

Ev oxusu üçün götürülən kitab 3 gün ərzində kitabxanaya qaytarılmalıdır.

Sual:  Birliyin vasitəsilə həyata keçirilən düşərgələrdə necə iştirak etmək olar?

Cavab:  Birliyin vasitəsi ilə dünyanın müxtəlif ölkələrində gənclər üçün təşkil olunan iş düşərgələrində iştirak etmək üçün şərtlər aşağıdakılardan ibarətdir:

  • Yaşı 18-dən yuxarı olmalı.

  • İngilis dilini danışıq səviyyəsində bilməli.

  • Xarici pasportu olmalı.

  • Könüllü olaraq işləmək həvəsində.

  • İştirak haqqını və seçdiyi ölkənin yol xərclərini öz üzərinə götürməli.

Sual: Düşərgələr hansı mövzularda təşkil olunur?

Cavab:  

  • İncəsənət.

  • Məktəbli uşaqlara ingilis dilinin tədrisi.

  • Əqli çatışmazlıqdan əziyyət çəkənlərlə iş.

  • Ətraf Mühit.

  • Təmir işləri.

  • Ekologiya.

  • Təhsil/təlim/seminar/təşkilati könüllülük.

  • Ailə düşərgələri.

  • Digər.

Sual:   Birliyin həyata keçirdiyi yeniliklər haqqında necə məlumat əldə etmək olar?

Cavab:  

  • Hal hazırda mövcud olan www.bf-az.org internet səhifəsi vasitəsi ilə.

  • Resurs Mərkəzin əlaqələndiricisinə müraciət etməklə.

  • Telefon vasitəsi ilə.

  • Məlumat və Elanlar lövhəsi vasitəsi ilə.

Sual: Birliyin həyata keçirdiyi layihə və proqramlarında necə iştirak etmək olar?

Cavab:  Birliyin üzvü olan hər bir şəxsin keçirilən layihə və proqramlarda iştirak etmək hüququ var. Birliyin təşkil etdiyi təlim-seminar və digər tədbirlərində iştirak etmək üçün gənclər müvafiq ərizə formalarını doldurmaqla Proqram Komitəsi tərəfindən seçilmiş iştirakçı bu və digər tədbirlərdə iştirak edə bilərlər.

Sual:  Hər hansısa bir irad və təkliflər olarsa, Birliyə necə müraciət etmək lazımdır?

Cavab:  Bu halda Birliyin sədrinə və ya İdarə heyyəti üzvlərinə bir başa müraciət edə bilərsiz. İrad və ya təklifləriniz olduğu halda Siz Birliyin Sədri ilə bir başa görüşə bilər, və ya Heyyət üzvlərinə (Sədr daxil olmaqla) elektron poçt vasitəsi ilə (Heyyət üzvlərinin elektron poçt ünvanları Resurs Mərkzin elan lövhəsində və Birliyin internet səhfəsində yerləşdirilib) öz fikrinizi çatdıra bilərsiz. Eyni zamanda ofisin giriş hissəsində qoyulmuş "İrad və Təkliflər"qutusundan da istifadə edə bilərsiz.

 

Müəllif hüquqları 2000-2008 ©  "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi | Sayt Fərhad Hüseynovun Studiyasında hazırlanmışdır