Üzvlük
Üzv olmaq üçün prosedur qaydaları...
Ərizə forması
TƏLƏBLƏR:
-
Azərbaycan
vətəndaşı olmalı;
-
18-35 yaş
həddi olmalı;
-
Azərbaycan
dilini bilməli;
-
"Gələcəyə
Körpü" Gənclər İctimai Birliyinin (bundan sonra
Birlik) Nizamnaməsini qəbul etməli.
Yuxarıdakı
tələblər Sizə uyğun gəlirsə və Birliyin Nizamnaməsini
qəbul edirsinizsə bu halda
ərizə formasını
tam şəkildə dolduraraq, mövzu yerində "YENİ ÜZV"
sözünü yazaraq
office@bf-az.org
elektron poçt ünvanına göndərin.
Birliyin tam üzvlük statusunu əldə etmək üçün Birlik
Sizə iki ay müddətində Birliyin işində özünüzü
doğrultmaq üçün imkan verir. Bu müddət ərzində Sizlər
Birliyin işində (tədbirlərində, aksiyalarında və ofis
daxili işlərində) fəal olmalı və öz təşəbbüskarlığınızı
göstərməlisiniz.
İki ay müddətində Birliyə göndərilmiş ərizələr Birliyin
İdarə Heyyətinə təqdim edilir. Hər bir ərizəçinin
ərizəsinə ayrı-ayrılıqda baxılır və qərar verilir.
Qeyd:
Birliyin icraçı heyyətinin rəyi idarə heyyətinin
qərarı zamanı nəzərə alınır.
Növbəti 10 gün
ərzində Birliyə müraciət etmiş hər bir ərizəçi üzv
seçilib seçilmədiyi haqqında elektron poçt vasitəsi ilə
məlumatlandırılır. Seçilməyən üzvlərə idarə Heyyətinin
növbəti görüşənədək, yəni iki ay müddətinə özlərini
doğrultmaq üçün imkan verilir.
Erizəçi idarə
Heyyəti tərəfindən seçildiyi təqdirdə Birliyin üzvlük
statusunu əldə etmiş olur. "Gələcəyə Körpü" Gənclər
ictimai Birliyinin idarə heyyətinin 28 Yanvar 2006-cı il
tarixində çıxardığı qərarına əsasən Birliyə aylıq üzvlük
haqqı aşagıdakı meyyarlarla müəyyənləşdirilib:
-
İşlə təmin
olunmuş gənclər 2 AZN;
-
İşlə təmin
olunmamış gənclər isə 1 AZN
ödəməlidirlər.
Qeyd:
Birliyə qəbul olunacaq təzə üzvlər üzvlük haqqının iki
ayını qabaqacadan ödəməlidirlər.
Siz
təşkilata üzv kimi qəbul oduğunuz təqdirdə nə əldə etmiş
olursunuz:
-
Birliyin
daxili seçkilərində səs vermək hüququ;
-
Birliyi
yerli və beynəlxalq (Azərbaycanda və digər Dünya
ölkələrində) tədbirlərdə təmsil etmək hüququ;
-
Birliyin
həyata keçirdiyi layihə və proqramlarda bir başa
iştirak etmək hüququ;
-
Birliyin
electron şəbəkələrinə üzv olmaq və oradan mütamadi
olaraq yeni məlumatlar və xəbərlər almaq hüququ;
-
Və nəhayət
Birliyin vasitəsi ilə öz təklif və təşəbüslərini
həyata keçirmək imkanı!
Ərizə forması