Üzvlüklə bağlı suallar
Sual 1:
Birliyə kimlər və necə üzv ola bilər?
Cavab:
Aşağıdakı tələblərə cavab verən şəxslər Birliyin üzvü
ola bilərlər:
-
Azərbaycan
vətəndaşı olmalı
-
18-35 yaş həddi
olmalı
-
Azərbaycan dilini
bilməli
-
Birliyin
Nizamnaməsini qəbul etməli Yuxarıdakı tələblər Sizə
uyğun gələrsə və Birliyin Nizamnaməsini qəbul
edirsinizsə bu halda Birliyin üzvlüyünə müraciət
etmək üçün tərtib edilmiş ərizə formasını tam
şəkildə doldurub, mövzu yerində "YENİ ÜZV"
sözünü yazaraq
office@bf-az.org
elektron poçt ünvanına göndərin və yaxud Biliyin
ofisinə təqdim edin. Ərizə formasını Birliyin
elektron səhifəsindən (
www.bf-az.org
) və ya Birliyin ofisinə müraciət etməklə əldə edə
bilərsiniz.
Birliyin tam üzvlük
statusunu əldə etmək üçün Birlik sizə iki ay müddətində
Birliyin işində özünüzü doğrultmaq üçün imkan yaradır.
Bu müddət ərzində Sizlər Birliyin işində (tədbirlərində,
aksiyalarında və ofis daxili işlərində) fəal olmalı və
öz təşəbbüskarlığınızı göstərməlisiniz. İki ay müddəti
bitdikdən sonra hər bir fəal müraciətçi Birliyin İdarə
Heyyəti tərəfindən ayrı ayrılıqda müsahibə edilir və
müsahibənin naticələri əsasında İdarə Heyəti qəbul
edilib edilmədiyi haqqında qərar verilir.
Qeyd: Birliyin icraçı heyyətinin rəyi idarə heyyətinin
qərarı zamanı nəzərə alınır. Növbəti 10 gün ərzində
Birliyə müraciət etmiş hər bir ərizəçi üzv seçilib
seçilmədiyi haqqında elektron poçt vasitəsi ilə
məlumatlandırılır. Seçilməyən üzvlərə İdarə Heyyətinin
növbəti görüşünədək, yəni iki ay müddətinə özlərini
doğrultmaq üçün imkan verilir.
Ərizəçi Idarə Heyyəti tərəfindən seçildiyi təqdirdə
Birliyin üzvlük statusunu əldə etmiş olur.
Sual 2: Birliyin
tam hüquqlu üzvü olduqdan sonra hər hansı üzvlük haqqı
ödənilirmi?
Cavab:
Birliyin
Idarə Heyyətinin 28 Yanvar 2006-cı il tarixində
çıxardığı qərarına əsasən Birliyə aylıq üzvlük haqqı
aşağıdakı meyarlarla müəyyənləşdirilib:
-
İşlə təmin olunmuş
gənclər 2 AZN;
-
İşlə təmin
olunmamış gənclər isə 1 AZN ödəməlidirlər.
Qeyd: Birliyə qəbul
olunacaq təzə üzvlər üzvlük haqqının iki ayını
qabaqcadan ödəməlidirlər
Sual 3:
Birliyin üzvlük
statusunu əldə etmiş gənc nə əldə etmiş olur?
Cavab:
-
Birliyin daxili
seçkilərində səs vermək hüququ;
-
Birliyi yerli və
beynəlxalq (Azərbaycanda və digər Dünya ölkələrində)
tədbirlərdə təmsil etmək hüququ;
-
Birliyin həyata
keçirdiyi layihə və proqramlarda bir başa iştirak
etmək hüququ;
-
Birliyin elektron
şəbəkəsinə üzv olmaq və mütəmadi olaraq yeni
məlumatlar və xəbərlər almaq hüququ;
-
Və nəhayət
Birliyin vasitəsi ilə öz təklif və təşəbbüslərini
həyata keçirmək imkanı