|
ARXİV |
|
09.06.2009
"Gələcəyə Körpü"
Gənclər İctimai Birliyinin Ümumi Yığıncağı
çağırıldı
Press-reliz
|
|
05.06.2009
Mərkəzə müraciətçi sayı sürətlə artır!!!
Press-reliz
|
|
07.04.2009
"Gənclərin
Məşğulluq Resurs Mərkəzi"nin
rəsmi açılış mərasimi baş tutdu!!!
Press-reliz
|
|
01.04.2009
"Gənclərin
Məşğulluq Resurs Mərkəzi"
biznes təlimlərinə start verdi!!!
"Gənclərin
məşğuliyyəti – bizim işimizdir"
Press-reliz
|
|
12.03.2009
"Gənclərin
Məşğulluq Resurs Mərkəzində"
iş axtarışında olan gənclərə ilk təlim
keçirildi!
Press-reliz
|
|
02.03.2009
Bildiyiniz kimi, "Gələcəyə
Körpü" Gənclər
İctimai Birliyi tərəfindən yaradılan
Gənclərin Məşğulluq Resurs Mərkəzi əsasən 3
istiqamətdə fəaliyyət göstərir.
Press-reliz
|
|
18.02.2009
"Gələcəyə Körpü"
Gənclər ictimai Birliyi tərəfindən yaradılan
Gənclərin Məşğulluq Resurs Mərkəzi
peşə-sənət kurslarına 10 fevral 2009-cu il
tarixdən start verdi. Peşə-sənət kurslarına
ödənişsiz kosmetologiya, tikiş, kompüter
üçün proqram təminatı daxildir.
Press-reliz |
|
15.01.2009
Gələcəyə
Körpü Gənclər İctimai Birliyi Avropa
Komissiyasının və Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə
Gəncə şəhərində "Gənclərin
Məşğulluq Resurs Mərkəzi"
layihəsi çərcivəsində aşağıdakı sənət
kursları üzrə tələbə qəbulu üçün müsabiqə
elan edir.
Press-reliz
|
Ərizə forması |
|
"Gələcəyə Körpü" Gənclər İctimai Birliyi
Gəncə şəhərində "Gənclərin Məşğulluq Resurs
Mərkəzi" adlı uzunmüddətli layihəsinə start
verdi!!!
30.12.2008
"Gələcəyə Körpü" Gənclər İctimai Birliyi
(bundan sonra Birlik) 25 dekabr 2008 ci il
tarixində Gəncə şəhər ictimaiyyətinin
çoxdandır ki, gözlədiyi "Gənclərin Məşğulluq
Resurs Mərkəzi" layihəsinə start verdi.
Layihənin əsas məqsədi gəncləri təcrübə və
iş yeri tapmaq üçün resurslarla və praktiki
iş təcrübəsilə təmin etmək, iş axtaranlarla
işə götürənlər arasında şəbəkə yaratmaq, iş
axtarma strategiyasını inkişaf etdirmək və
onların sahibkarlıq və texniki
bacarıqlarının artırılmasından ibarətdir.
Press-reliz |
|
"Bərabərlik
naminə"
adlı idman festivalının başlamasına artıq 1
həftə qaldı!!!
Hər biriniz dəvətlisiniz.
08.12.2008
"Gələcəyə Körpü"
Gənclər İctimai Birliyi (bundan sonra
Birlik) 15-17 dekabr 2008 ci il tarixlərində
"Gəncə Olimpiya
İdman Kompleksində",
"Bərabərlik naminə"
adlı idman festivalı təşkil edir. Festivalın
keçirilməsində əsas məqsəd, idman oyunları
vasitəsilə ictimai həyatda qızların
iştirakını, gənclərin və uşaqların sağlam
həyat tərzini təmin etməklə, onların
cəmiyyətdə fəallığını artırmaqdan ibarətdir.
Press-reliz |
|
"Gələcəyə Körpü"
Gənclər İctimai Birliyi
"Bərabərlik
naminə"
adlı idman festivalının icrasına start
verir!!!
Hər biriniz dəvətlisiniz.
05.11.2008
"Gələcəyə Körpü"
Gənclər İctimai Birliyi (bundan sonra
Birlik) 04 Noyabr 2008 ci il tarixindən
"Bərabərlik naminə"
adlı idman festivalına start verdi.
Festivalın keçirilməsində əsas məqsəd, idman
oyunları vasitəsilə ictimai həyatda qızların
iştirakını, gənclərin və uşaqların sağlam
həyat tərzini təmin etməklə, onların
cəmiyyətdə fəallığının təbliğ etməkdən
ibarətdir.
Press-reliz |
|
"Gələcəyə Körpü" Gənclər İctimai Birliyi "Gəncin
Səsi – Gələcəyin Səsidir" adlı maarifləndirici
velosiped aksiyasını uğurla başa vurdu! Amma bu hələ son
deyil...
05.09.2008
"Gələcəyə
Körpü" Gənclər İctimai Birliyi (bundan sonra Birlik) 01
Avqust 2008 ci il tarixindən "Gəncin Səsi – Gələcəyin
Səsidir" adlı maarifləndirici velosiped aksiyasına start
verdi. Aksiyanın əsas məqsədi, Qərb bölgəsində yaşayan
gənclərin siyasi bilgilərini artırmaq, onların
seçkilərdə fəal iştirakına şərait yaratmaq, bununlada
qarşıdan gələn prezident seçkilərində gənclərin iştirak
səviyyəsini yüksəltməkdən ibarətdir.
Press-reliz - Qax
|
Press-reliz - Nəticələr
|
|
"Gələcəyə Körpü" Gənclər İctimai Birliyi "Gəncin
Səsi – Gələcəyin Səsidir" adlı maarifləndirici
velosiped aksiyasının icrasına start verir!!!
04.08.2008
"Gələcəyə
Körpü" Gənclər İctimai Birliyi (bundan sonra Birlik) 01
Avqust 2008 ci il tarixindən "Gəncin Səsi – Gələcəyin
Səsidir" adlı maarifləndirici velosiped aksiyasına start
verdi. Aksiyanın əsas məqsədi, Qərb bölgəsində yaşayan
gənclərin siyasi bilgilərini artırmaq, onların
seçkilərdə fəal iştirakına şərait yaratmaq, bununlada
qarşıdan gələn prezident seçkilərində gənclərin iştirak
səviyyəsini yüksəltməkdən ibarətdir.
Press-reliz
|
|
"Gəncin
Səsi – Gələcəyin Səsidir"
Maarifləndirici velosiped aksiyası
21.07.2008
Azərbaycan
müstəqillik əldə etdikdən sonra ölkədə vətəndaş
cəmiyyətinin qurulması və gücləndirilməsi istiqamətində
hökumət və qeyri-hökumət təşkilatları tərəfindən
islahatlar aparılmışdır. Bu prosesin hələ də davam
etməsini nəzərə alaraq, ölkədə bu sahədə müəyyən
problemlər və çətinliklər qalmaqdadı. Ən əsas
çatışmazlıqlardan biri əhalinin seçkilərə laqeyd
münasibət bəsləməsi və seçkilərdə iştirak səviyyəsinin
aşağı olmasıdır. Problem gənc nəsil arasında daha
çox nəzərə çarpır. Bu da öz növbəsində seçkilərdə
absentizmə (yetərsiz iştiraka) səbəb olur. Absentizmin
mövcudluğu faktiki olaraq qurulmaqda olan vətəndaş
cəmiyyətini seçkilərdə iştirakdan məhrum edir. Gənclərin
seçkilərdə iştirakının aşağı səviyyədə olmasının əsas
səbəbi seçkilərin hüquqi və siyasi əhəmiyyəti haqqında
az məlumata malik olmaları ilə bağlıdır. Bu problem
ölkəmizin regionlarında daha çox nəzərə çarpır.
Press-reliz
|
Ərizə forması
|
|
Ekoloji velo kampaniya
16.07.2008
Cəmiyyət meydana
gəldiyi vaxtdan bu günə kimi insanlar təbiətin bəxş
etdiyi əvəzsiz təbii sərvətlərdən geniş istifadə etmiş
və edəcəklər. Belə təbii sərvətlərsiz bütün varlıqların,
o cümlədən isanların yaşayışı mümkün deyildir və məhz
buna görə də onlardan daha səmərəli istifadə
edilməlidir. İnsanlar bu təbii sərvətlərinin sıradan
çıxmasına, onların məhv olmasına da səbəb olmuşlar. Son
50-60 ildə insanların təbiətə mənfi müdaxiləsi
nəticəsində bir çox bitkilər məhv olmuş, bəzilərinin
arealları kiçilmiş, növlərinin sayı azalmışdır.
Press-reliz
|
Ərizə forması
|
|
"Gələcəyə Körpü" Gənclər İctimai Birliyi "Uşaqların
asudə vaxtının təşkili" adlı beynəlxalq iş
düşərgəsi vasitəsilə dünya ölkələrinin gənclərini
yenidən bir araya gətirdi!!!
09.07.2008
"Gələcəyə
Körpü" Gənclər İctimai Birliyi (bundan sonra Birlik) 02
– 15 İyul 2008 ci il tarixlərində "Gəncə SOS Uşaq
Kəndində" "Uşaqların asudə vaxtının təşkili" adlı
yay-iş düşərgəsi çərçivəsində könüllü gənclərin
beynəlxalq görüşünü təşkil edir. Düşərgənin əsas məqsədi
, müxtəlif ölkələri təmsil edən gənclərlə birgə "SOS
Uşaq Kəndində" yaşayan və valideyn himayəsindən məhrum
olan uşaqların yay tətillərini səmərəli təşkil etmək,
eləcə də bu cür könüllü fəaliyyəti vasitəsilə
Azərbaycanda insanları cəmiyyətin problemlərinin həllinə
yönəlik könüllü tədbirlərə cəlb etməkdən ibarətdir.
Press-reliz
|
|
"Gələcəyə Körpü" Gənclər İctimai Birliyi "Gənclər
işi vasitəsi ilə müxtəlif mədəniyyətləri özündə əks
etdirən cəmiyyətin inteqrasiyasına nail olmaq"
adlı beynəlxalq layihəsi çərçivəsində dünya ölkələrinin
gənclərini bir araya gətirdi!!!
26.05.2008
15 – 21 May
2008 ci il tarixində "Gələcəyə Körpü" Gənclər İctimai
Birliyi (bundan sonra Birlik) Azərbaycanın şimal-qərb
bölgəsində (xüsusilə Qax və Şəki şəhərlərində) "Gənclər
işi vasitəsi ilə müxtəlif mədəniyyətləri özündə əks
etdirən cəmiyyətin inteqrasiyasına nail olmaq" adlı
layihəsi çərçivəsində gənclərin beynəlxalq mübadilə
görüşünü təşkil etdi. Layihənin əsas məqsədi
iştirakçılar arasında əlverişli mühit yaradaraq onların
inteqrasiya prosesini araşdırmaq, eləcə də iştirakçı
ölkələrdə yaşayan etnik qruplar barəsində öyrənərək
onların müsbət inteqrasiyanı təmin etmək üçün müvafiq
üsullardan istifadəni müəyyən etməkdən ibarət idi.
Press-reliz
|
|
NOVRUZ-velo gəzinti
20.04.2008
23-25 Mart 2008-ci il tarixlərində
Gələcəyə Körpünün bir qrup üzvü yazın gəlişi və NOVRUZ
bayramı ilə bağlı Gəncədə velosiped gəzintiləri
keçirmişlər. 3 gün ərzində gənclər Gəncədən Xanlara
ekoturistik gəzinti, dahi Nizami Gəncəvinin
məğbəsərisinin ziyarəti o cümlədən qədim Gəncə
küçələrində gəzitilər keçirmişlər.
Press-reliz
|
|
"Demokratiyaya Gedən Yol Mətbuatdan Keçir"
adlı layihəsi uğurla başa çatdı!!!
02.04.2008
31 Mart
2008-ci il tarixdə "Gələcəyə Körpü" Gənclər İctimai
Birliyi (bundan sonra Birlik), "Demokratiyaya gedən yol
mətbuatdan keçir" başlıqlı layihəsini uğurla başa
vurdu. Layihənin əməli icra mərhələsi ilk öncə altı (6)
ay olmaqla 1 Sentyabr 2007-ci il tarixdən 29 Fevral
2008-ci ilə kimi planlaşdırılmışdır. Lakin sonradan
Birliyin təklifini əsas tutaraq layihənin fəaliyyəti
genişləndirildi və 1 (bir) ay müddətinə layihə uzadıldı,
beləliklə layihə 7 (yeddi) ay davam etdi.
Press-reliz
|